ELM VƏ TƏHSİL


Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi barədə məlumatlandırılıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Fransanın Monpelye Universitetinin alimləri - professor Fransua Henn və gənc tədqiqatçı Adrien Novrin Bakı Dövlət Universitetinin (BDU) Nano Araşdırmalar Mərkəzində olublar.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, rektor Elçin Babayev, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin direktoru, professor Sevda Abdullayevanın iştirak etdikləri görüşdə qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib, yerinə yetirilmiş tədqiqat işlərindən danışılıb.

Dünya elminin tələblərinə cavab verən istiqamətlərdə müştərək elmi-tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsinin əhəmiyyətindən bəhs edən rektor E.Babayev alim və tədqiqatçıların səfər mübadilələri yolu ilə kadr hazırlığı, birgə elmi konfranslar, simpoziumlar, seminarlar və təcrübə kurslarının təşkili məsələlərinə toxunub.

Sonra əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.