General Yadullah Cavani: Ermənistan Dağlıq Qarabağı geri qaytarmalıdır
Tehran, 13 oktyabr AZƏRTAC.
BMT Dağlıq Qarabağın azad edilməsi üçün 4 qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) komandanının siyasi məsələlər üzrə müavini general Yadullah Cavani deyib.
O bildirib ki, BMT-nin qətnamələrində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edildiyi göstərilib. Odur ki, Ermənistan bu əraziləri geri qaytarmalıdır. Dağlıq Qarabağ Azərbaycan müsəlmanlarına məxsus torpaqlardır.
General. Y. Cavani onu da diqqətə çatdırıb ki, İran bu münaqişənin sülh yolu və beynəlxalq qanunlar çərçivəsində həllinə tərəfdardır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [20:43]
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
- 23.06.2026 [19:47]
Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub
- 23.06.2026 [19:43]
Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb
- 23.06.2026 [19:35]