Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik
Ankara, 23 iyun, AZƏRTAC
Ankara Varşava ilə həmçinin müdafiə sənayesi sahəsində sıx əməkdaşlığa hazırdır. Türkiyə və Polşa dəfələrlə layihələr həyata keçiriblər, bunlardan bəziləri PUA-ların təchizatı ilə bağlı olub. Ölkələrimiz NATO üzrə iki əvəzolunmaz müttəfiq kimi fəal şəkildə əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Polşa Prezidenti Karol Navrotski ilə birgə mətbuat konfransında bildirib.
Türkiyə lideri Polşa ilə əməkdaşlığı qarşılıqlı faydalı adlandıraraq, Varşavaya Ankaranın Avropa İttifaqına qoşulmaq müraciətini dəstəklədiyinə görə təşəkkür edib.
O, həmçinin Ankarada keçiriləcək Şimali Atlantika Alyansı sammiti ilə bağlı gözləntilərini bölüşüb: “Biz NATO üzrə Avropa müttəfiqlərimizin iyulun 7-8-də keçirilməsi planlaşdırılan sammitdə üzərlərinə daha böyük məsuliyyət həcmi götürdüyünü vacib hesab edirik”.
Rusiya-Ukrayna müharibəsinə toxunan Türkiyə lideri qeyd edib ki, Ankara və Varşava regionda sülhün vacibliyi ilə bağlı eyni fikirdədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [21:58]
Tramp: İranla bağlı işlər çox yaxşı gedir
- 23.06.2026 [21:36]
Rubio: Heç bir ölkə beynəlxalq su yolunda rüsum tələb edə bilməz
- 23.06.2026 [21:03]
Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək
- 23.06.2026 [20:54]
Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
- 23.06.2026 [20:34]
Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb
- 23.06.2026 [18:24]