Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək
Praqa, 23 iyun, AZƏRTAC
Çexiyanın Baş naziri Andrey Babiş hökumətin ölkənin xarici siyasətində praqmatik yanaşmaya üstünlük verəcəyini bəyan edib. Onun sözlərinə görə, əsas məqsəd Çexiya şirkətlərinin xarici bazarlarda mövqelərini gücləndirmək və yeni biznes imkanları yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, Babiş bu açıqlamanı Senat sədri Miloş Vıstrçil üçün Tayvana planlaşdırılan səfərlə bağlı dövlət təyyarəsinin ayrılmasını təsdiqləməməsindən sonra verib. Baş nazir hesab edir ki, xarici siyasət ilk növbədə ölkənin iqtisadi maraqlarına xidmət etməlidir.
Hökumət başçısı yaxın vaxtlarda Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrə səfərlər etməyi planlaşdırdığını bildirib. O vurğulayıb ki, bu səfərlərin əsas məqsədi Çexiya biznesi üçün yeni tərəfdaşlıqlar və investisiya imkanları yaratmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [21:58]
Tramp: İranla bağlı işlər çox yaxşı gedir
- 23.06.2026 [21:36]
Rubio: Heç bir ölkə beynəlxalq su yolunda rüsum tələb edə bilməz
- 23.06.2026 [20:54]
Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
- 23.06.2026 [20:34]
Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb
- 23.06.2026 [18:24]