Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
Berlin, 23 iyun, AZƏRTAC
Almaniyanın Hessen əyalətində kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Vatsenborn-Ştaynberq yaşayış məntəqəsi yaxınlığında planer aerodromunun ətrafında baş verən qəzadan sonra təyyarə taxıl sahəsinə düşüb.
Qəza nəticəsində ağır xəsarət almış iki sərnişin xilasedicilər tərəfindən dərhal xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Polis hər iki şəxsin öldüyünü təsdiqləyib.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [21:58]
Tramp: İranla bağlı işlər çox yaxşı gedir
- 23.06.2026 [21:36]
Rubio: Heç bir ölkə beynəlxalq su yolunda rüsum tələb edə bilməz
- 23.06.2026 [21:03]
Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək
- 23.06.2026 [20:34]
Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb
- 23.06.2026 [18:24]