ELM VƏ TƏHSİL


Genetik Ehtiyatlar İnstitutu Xəzər Universiteti ilə əməkdaşlığa başlayır

Bakı, 7 sentyabr, AZƏRTAC

Genetik Ehtiyatlar İnstitutunun (GEİ) baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Xəzər Universitetinin təsisçisi, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Hamlet İsaxanlı elmi-tədqiqat və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müqavilə imzalayıblar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, müqavilədə Azərbaycanda elm və təhsilin müxtəlif sahələrinin innovativ inkişafı məqsədilə GEİ və Xəzər Universitetinin mövcud infrastrukturdan birgə istifadəsi, beynəlxalq və yerli proqramlara qoşulmaq üçün fəaliyyətlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, hər iki müəssisənin mütəxəssisləri tərəfindən mütəmadi dəyirmi masaların təşkili, müvafiq elm sahələri üzrə tədris olunan fənn proqramlarının təkmilləşdirilməsi, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, fundamental tədqiqatların genişləndirilməsi məqsədilə yeni tədqiqat laboratoriyalarının yaradılması kimi məsələlər yer alıb. Həmçinin mövcud laboratoriyaların yeni avadanlıqlarla və reaktivlərlə təchizatının yaxşılaşdırılması, multidisiplinar tədqiqatların genişləndirilməsi, yerli və beynəlxalq layihələrdə birgə iştirak, universitetin tələbələrinin GEİ-də elmi-tədqiqat təcrübəsi, institutun magistrantlarının isə Xəzər Universitetində pedaqoji təcrübə keçməsi, beynəlxalq və respublika səviyyəli birgə elmi konfrans, simpozium, təlim və seminarların keçirilməsi və s. sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Professor Hamlet İsaxanlı və Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova GEİ-nin şöbələrində və laboratoriyalarında aparılan tədqiqatlarla yaxından tanış olublar. Qonaqlar institutun müasir elmi cihaz və avdanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparılan elmi-tədqiqat işlərini, eləcə də institutda yüksəkixtisaslı kadr hazırlığının təşkilini yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.