İQTİSADİYYAT


Gömrük Akademiyasında yekun dövlət attestasiyası keçirilir

Bakı, 21 iyun, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyasına 2014-cü ildə bakalavr səviyyəsi üzrə qəbul olunmuş tələbələrin yekun dövlət attestasiyası (buraxılış işinin müdafiəsi) keçirilir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu il akademiyanın iqtisadiyyat ixtisası üzrə 20, hüquqşünaslıq ixtisası üzrə isə 17 tələbəsinin təhsili başa vurması gözlənilir.

İyunun 20-də iqtisadiyyat ixtisası üzrə ilk buraxılış işlərinin müdafiəsi həyata keçirilib.

Yekun dövlət attestasiyasından öncə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev çıxış edərək imtahan iştirakçılarına uğurlar diləyib, gənclərə harada olmalarından asılı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə edib.

Yekun dövlət attestasiyasının ilk günü 6 tələbə müvəffəqiyyət qazanıb.

Qeyd edək ki, iqtisadiyyat ixtisası üzrə komissiyanın sədri vergilər naziri Mikayıl Cabbarov, hüquqşünaslıq ixtisası üzrə komissiyanın sədri isə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir.

İmtahan Komissiyasının üzvləri isə Dövlət Gömrük Komitəsinin sədr müavinləri, idarə rəisləri, eyni zamanda digər ali təhsil müəssisələrinin müəllimləridir.

Xatırladaq ki, yekun qiymətləndirməyə əsasən, tələbələrin biliyi sonuncu dəfə dəyərləndiriləcək, bununla da onlar təhsillərini başa vuraraq diplom alacaqlar.

Buraxılış işlərinin müdafiəsi üzrə qiymətləndirmə iyunun 22-də başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.