DÜNYA


Honkonqda orta məktəblərdə dərslər yenidən təxirə salınıb

Pekin, 17 noyabr, AZƏRTAC

Çinin Honkonq xüsusi inzibati bölgəsində iğtişaşlar və zorakılıq halları ilə əlaqədar ibtidai, orta və xüsusi məktəblərdə, habelə uşaq bağçalarında dərslərin dayandırılması müddəti yenidən uzadılıb.

AZƏRTAC Honkonqun təhsil bürosuna istinadla xəbər verir ki, noyabrın 13-də elan olunmuş birgünlük növbədənkənar tətil sonradan həftə sonunadək uzadılmışdı. Təhsil bürosunun noyabrın 17-də yaydığı məlumatda isə tətilin daha bir gün uzadıldığı bildirilir. Məktəblərdə və uşaq bağçalarında dərslərin noyabrın 19-da bərpa olunması nəzərdə tutulub.

Təhsil bürosu şəhərdə iğtişaşların və zorakılıq hallarının dərhal dayandırılmasını tələb edib.

Qeyd edək ki, cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunmaları barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra iyundan bəri Honkonqda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar daha sonra iğtişaşlara çevrilərək, zaman-zaman küçələrin bağlanması, yanğınlar törədilməsi halları və vandalizm aktları ilə müşayiət olunub. Qanunsuz aksiyaların iştirakçıları dövlət və ictimai binaların şüşələrini sındırır, polis əməkdaşlarına və sakinlərə fiziki xəsarətlər yetirirlər. Son günlər iğtişaşlar daha da şiddətlənib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.