CƏMİYYƏT


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 260 illik yubileyi qeyd edilir

 Moskva, 8 oktyabr, AZƏRTAC

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Birinci MDTU) 260 illik yubileyi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, İ.M.Seçenov adına Birinci MDTU-nun sələfi 1755-ci ildə açılmış Moskva İmperator Universitetinin tibb fakültəsi olub. 1917-1930-cu illərdə tibb fakültəsi Moskva Dövlət Universitetinin tərkibində fəaliyyət göstərib. 1930-cu ildə bu fakültə MDU-dan ayrılaraq Birinci Moskva Tibb İnstitutuna çevrilib. 1955-ci ildə bu instituta İ.M.Seçenovun adı verilib, 2010-cu ildən isə institut Birinci Moskva Dövlət Tibb Universiteti kimi fəaliyyət göstərir.

Qeyd edək ki, bu ali məktəbin yeganə filialı 2015-ci ildə Bakıda açılıb. Filialda tədris Seçenov Universitetinin tədris planları və proqramları əsasında həyata keçirilir, məşğələlər rus dilində aparılır. Filialın məzunlarına Birinci MDTU-nun diplomu verilir.

Birinci MDTU-nun 260 illik yubileyi münasibətilə bu ali məktəbdə bayram həftəsi keçirilir. Bayram həftəsi çərçivəsində “Mədəniyyət və ənənələr” forumu, “260 yaş son deyil” adlı idman bayramı və digər tədbirlər təşkil ediləcək. Yubiley həftəsi oktyabrın 12-də Elmi Şuranın geniş iclası, N.V.Sklifosovskinin heykəlinin təntənəli açılış mərasimi və bayram qala-konserti ilə başa çatacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.