DÜNYA
“Instagram” servisinin auditoriyası 1 milyarda çatıb
Bakı, 21 iyun, AZƏRTAC
Foto və videoların mübadiləsi üçün "Instagram" xidmətinin istifadəçilərinin sayı 1 milyard olub.
AZƏRTAC bildirir ki, bu haqda xidmətin saytında məlumat verilib. "Instagram" – indi 1 milyard istifadəçini birləşdirən qlobal bir cəmiyyətdir. "Biz 2010-cu ildən etibarən cəmiyyətimizin inkişafı üçün mümkün olan hər şeyi etmişik. Bu, bizim üçün böyük nailiyyətdir, hamınıza təşəkkür edirik!"- deyə məlumatda bildirilir.
Həmçinin iyunun 20-də tərtibatçılar tərəfindən təqdim edilmiş "IGTV" adlı yeni proqramın köməyi ilə müddəti 1 saatadək olan şaquli videolar yerləşdirmək və izləmək mümkün olacaq. Bir neçə həftə ərzində istifadəçilər üçün əlçatan olacaq mobil proqram "Android" və "iOS" əməliyyat sistemlərində işləyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]