DÜNYA
İsveçin hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarə quş sürüsü ilə toqquşaraq yerə düşüb
Stokholm, 21 avqust, AZƏRTAC
İsveç hərbi hava qüvvələrinə məxsus “Saab JAS 39 Grippen” qırıcı təyyarəsi quş sürüsü ilə toqquşmadan sonra yerə düşüb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə ölkənin Ronnebi bələdiyyəsində səhər saatlarında baş verib. Qırıcı təqribən 1000 metr yüksəklikdə qəzaya uğrayıb. Pilot təlimata əsasən qəzadan ciddi zədələnən təyyarəni vaxtında tərk edib.
Qeyd edək ki, “JAS 39 Gripen” İsveçin məşhur aerokosmik şirkəti Saab tərəfindən istehsal edilən dördüncü nəslə aid birmotorlu qırıcı təyyarədir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]