İsveçrə parlamenti ölkənin yeni prezidentini seçib
Bern, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də İsveçrə parlamenti ölkənin yeni prezidentinin adını açıqlayıb. Parlamentdə keçirilən seçkidə bu vəzifəyə maliyyə naziri Ueli Maurer təsdiq olunub. Yeni prezidentin namizədliyi parlament üzvlərinin mütləq əksəriyyəti (209 səsdən 201-i) tərəfindən dəstəklənib.
AZƏRTAC xəbər verir ki, hökumətin yeddi üzvü arasından seçilən prezident bu vəzifəni bir il müddətində icra edir və əsasən reprezentativ fəaliyyətlə məşğul olur. U.Maurerlə yanaşı, iki qadın da hökumətə yeni üzv seçilib.
İsveçrə Xalq Partiyasının təmsilçisi olan U.Maurer hələ 2008-ci ildə hökumətə üzv seçilib və müdafiə naziri vəzifəsində çalışıb. 2013-cü ildə o, prezident vəzifəsini də icra edib. Budəfəki seçki ilə U. Maurer ikinci dəfə prezident səlahiyyətlərini icra etmək hüququ qazanıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]