Kiyevdə avtomobillərin sayı 15 faiz artıb
Kiyev, 13 fevral, AZƏRTAC
Son 3 ildə Ukraynanın paytaxtı Kiyev şəhərində avtomobillərin sayı 15 faiz artıb. 2025-ci ilə qədər isə avtomobillərin sayının 60 faiz artacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasında keçirilən iclasda məlumat verilib. İclasda Kiyevin 2019-2023-cü illər üçün nəqliyyat infrastrukturunun inkişafına dair proqram təsdiq edilib.
Proqrama əsasən Kiyevdə yollar genişləndiriləcək, körpülər əsaslı təmir ediləcək. Şəhərin nəqliyyat infrastrukturunun idarə edilməsi modeli dəyişdiriləcək.
Proqramda qeyd olunur ki, 2023-cü ilədək Ukraynada 400 yeni tramvay və elektrik avtobusu alınacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [16:23]
Gürcüstan Qara dənizdə sahil mühafizəsi üçün beynəlxalq tender elan edib
- 04.09.2026 [14:12]
Nepalda fəlakətdən 9 gün sonra 2 nəfər sağ çıxarılıb
- 04.09.2026 [14:05]
Şimali Kipr sahillərində gəmi qəzasında ölənlərin sayı 12-yə çatıb
- 04.09.2026 [13:53]
Gürcüstanın Poti limanında yük daşımaları artıb
- 04.09.2026 [13:50]
ABŞ-də dizelin qiymətində tarixi rekord qeydə alınıb
- 04.09.2026 [13:39]
Avropa İttifaqından BMT-yə dəstək: Çoxtərəfli əməkdaşlıq yenilənməlidir
- 04.09.2026 [12:57]
El-Nino səbəbindən ekstremal hava hadisələri 2027-ci ilədək arta bilər
- 04.09.2026 [12:11]