REGİONLAR


Lənkəranlı ziyalı: Azərbaycan Ordusunun düşmən üzərində qələbələri ilə tarixi ədalət bərpa olunur

Lənkəran, 24 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qələbə marşı davam edir. Ermənistan tərəfindən 30 ildir zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı zəfər yürüşü nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri, Hadrut, Mincivan və Ağbənd qəsəbələri və bir sıra kəndlərimiz düşmən işğalından azad edilib.

Bu sözləri Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı Mikayıl Cəfərzadə AZƏRTAC-a müsahibəsində söyləyib.

Rəşadətli Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə salnaməsi yazdığını vurğulayan lənkəranlı ziyalı deyib: “Dövlətimizin başçısı hər zaman, eləcə də Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Bütün dünya Azərbaycan xalqının əzmini və müzəffər Ali Baş Komandanın ətrafında səfərbər olduğunu gördü”.

Bu gün real faktlarla düşməni susduran Azərbaycan gənclərinin sosial şəbəkələrdə erməni lobbisinin, ermənilərin mövqeyindən çıxış edən məşhurların postlarının silinməsinə nail olduğunu söyləyən M.Cəfərzadə müxtəlif etiraz aksiyaları keçirildiyini, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırıldığını bildirib.

“Nəhayət, uzun müddətdən sonra Azərbaycan xalqının həsrətinə son qoyulur. Rəşadətli ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqları geri qaytarır. İnanırıq ki, ordumuz Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağı Xankəndidə, Şuşada və digər yaşayış məntəqələrimizdə qaldırılacaq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.