DÜNYA


Litvada prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Litvada keçirilən prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, təxminən 2 min seçki məntəqəsi yerli vaxtla saat 20:00-da bağlanıb. Seçkilərdə 2,4 milyondan çox seçicinin iştirak etdiyi bildirilir.

Qeyd edək ki, prezidentlik postu uğrunda 9 namizəd mübarizə aparır. Ekspertlərin fikrincə, iqtisadçı Qitanas Nauseda, sabiq maliyyə naziri İnqrida Şimonite və Baş nazir Saulius Skvernelis seçkilərdə favorit hesab olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.