CƏMİYYƏT
MDB ölkələrinin jurnalistləri Çində "Çjuntan hava dəmir yolu"nda olublar VİDEO
Çendu, 8 aprel, Bəhruz Vəliyev, AZƏRTAC
Çin Beynəlxalq Mətbuat Mərkəzi nəzdində "Çin-Avrasiya" mətbuat mərkəzinin layihəsi çərçivəsində bu ölkənin Sıçuan əyalətinə tanışlıq turu keçirilib.
AZƏRTAC xəbər verir ki, KİV nümayəndələri bu əyalətin Çendu inzibati məərkəzində "Çjuntan hava dəmir yolu" ilə tanış olublar.
Jurnalistlərə məlumat verilib ki, bu korporasiya alternativ enerji mənbələri ilə işləyən Çin innovasiya elmi-texniki müəssisəsidir. Yeni texnologiyalar inteqrasiya olunub və yenilənib, havadan asma dəmir yolu modelinin yeni beynəlxalq standartlarının əsası qoyulub. Hazırda şirkət bu sahədə 200-dən çox patent və eksklüziv texologiyalar üçün müraciət edib. Onun tədqiqatlar və hava dəmir yolları layihələri hazılrlanması üçün güclü komandası mövcuddur.
AZƏRTAC-ın müxbirinin sualını cavablandıran baş mühəndis Lin Çjan vurğulayıb ki, hava dəmir yolu xətti iri kommersiya binaları, banklar, ticarət mərkəzlərindən keçə bilər. Onun sözlərinə görə, hazırda yükqaldırma qabiliyyəti 45 tondur ki, bu da təkcə sərnişin deyil, habelə müəyyən çəkidə yük daşımağa da şərait yaradır.
Görüş zamanı jurnalistləri hava dəmir yolunun prototipi ilə də tanış ediblər.
Qeyd olunub ki, Sıçuan əyaləti Çin sivilizasiyasının beşiyidir və bir zamanlar Yantszı çayının yuxarı hissəsində mədəniyyətin mərkəzi olub. Bu diyar təbii sərvətlərlə zəngindir, onun hidroenerji ehtiyatları texnologiyasının gücü 150 milyon kilovatdır.
Əyalət Çendunun məxsusi layihələrinin nümunəvi zonasıdır. Çin-Avropa ekspressi 16 beynəlxalq marşrut açıb, beynəlxalq terminal isə 16 qovşaq şəhərini birləşdirir. 2018-ci ildə reyslərin sayı 1500-ü ötüb.
Hazırda Sıçuanda hərtərəfli innovasiya islahatları, həmçinin Çin azad ticarət zonasının tikintisi fəal şəkildə davam edir.