İQTİSADİYYAT


Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb

Moskva, 22 noyabr, AZƏRTAC

Rusiya bu vaxtadək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, ölkəmiz isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumundakı çıxışında deyib. O bildirib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin fəaliyyəti üçün Rusiyada münbit şərait yaradılıb.

Nazir Azərbaycanda dövlət tərəfindən sahibkarlığa yüksək səviyyədə dəstəyin göstərildiyini, bu sahədə xüsusi qanunvericiliyin, o cümlədən xüsusi sənaye parklarının, texnoparkların yaradıldığını, güzəştli kredit sisteminin, fiziki şəxslər üçün vergi güzəştlərinin tətbiq edildiyini vurğulayıb. O, “Şimal-Cənub” və “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulayıb.

M.Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərməyadərlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da diqqətə çatdırıb.

İqtisadiyyat naziri turizm sahəsi, Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılması və digər mövzulara da toxunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.