Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına müraciət edib
Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə
görüşü müvəqqəti qadağan olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına müraciət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.
“Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.
Vətəndaşlarımızdan ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq”, - deyə müraciətdə qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.05.2026 [12:55]
Ulu Öndərin xatirəsinə həsr olunan şahmat turniri təşkil edilib
- 09.05.2026 [11:12]
Ulu Öndərin ildönümü ilə əlaqədar hərbi liseylərə mediaturlar təşkil edilib
- 07.05.2026 [14:48]
Özbəkistan nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib
- 07.05.2026 [11:41]
“EFES - 2026” çoxmillətli təlimi davam edir
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]
Naxçıvanda “Şərqin qapısı” teatr festivalı başlayıb
- 08.05.2026 [23:33]
Rusiya Trampın atəşkəs təşəbbüsünü dəstəkləyib
- 08.05.2026 [23:25]
Zelenski üçgünlük atəşkəsi təsdiqləyib
- 08.05.2026 [22:56]
Ulu Öndərin xatirəsi Türkmənistanda anılıb
- 08.05.2026 [22:45]
Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunacağını bildirib
- 08.05.2026 [22:27]