MƏDƏNİYYƏT
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
Odessa, 21 avqust, AZƏRTAC
Özbəkistanın opera müğənnisi “Reqistan” ansamblının rəhbəri Xursand Şerov dünya şöhrətli müğənni, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü münasibətilə Ukraynanın Odessa şəhərinə veloyürüş edib.
X.Şerov AZƏRTAC-a açıqlamasında bildirib ki, özünə kumir saydığı M.Maqomayevi dünyada tanıtmaq üçün bu dəfə Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya və Belarusu keçməklə Ukraynaya gəlib. Veloyürüşün ümumi məsafəsi isə 8000 kilometr olub.
Daha sonra X.Şerov Odessada Azərbaycan diaspor nümayəndələri ilə görüşüb. Görüşdə Özbəkistan və Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
Özbək müğənni Kiyevə qayıdaraq avqustun 24-də Ukraynanın müstəqillik günündə etnik xalqların beynəlxalq festivalında Müslüm Maqomayevin repertuarından mahnılar ifa edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:41]
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
- 19.04.2024 [21:42]
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]