REGİONLAR


Oğuz taxılçıları indiyədək zəmilərdən 18 min tondan çox məhsul toplayıblar

Oğuz, 2 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. Cari mövsümdə rayonda 16 min 253 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 4 min 970 hektarı arpa, 11 min 283 hektarı buğda sahələridir. İndiyədək 4 min 84 hektarı arpa, 1650 hektarı buğda olmaqla, 5 min 734 hektar sahənin məhsulu biçilib, 18 min 55 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 31,5 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tədarük olunan taxılın 12 min 660 tonu arpa, 5 min 395 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 31 sentner, buğda sahələrindən isə 32,7 sentner məhsul götürülüb.

Bildirilib ki, təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi isə artıq yekunlaşıb. Builki mövsümdə oğuzu fermerlər 67 hektar sahədə tütün yetişdiriblər. Hələlik rayonda yaş tütünün dəriminə başlanılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.