Ötən il İtaliyaya 104 mindən çox miqrant gəlib
Roma, 2 yanvar, AZƏRTAC
İtaliya 2022-ci ildə 104 mindən çox miqrant qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçən il ölkəyə 104 min 61 miqrant gəlib. Bu göstərici 2021-ci illə müqayisədə təxminən 34 min nəfər çoxdur.
İl ərzində İtaliyaya ən çox miqrant avqust ayında (16 min 822 nəfər), ən az isə martda (1358 nəfər) gəlib. Miqrantların əksəriyyəti əsasən Misir, Tunis, Banqladeş, Suriya və Əfqanıstan vətəndaşlarıdır. Onlardan 12 min 687 nəfəri yetkinlik yaşına çatmayanlardır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]