CƏMİYYƏT


Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Bakı, 15 noyabr, AZƏRTAC

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorçuların döyüşməsinə dair yeni faktlar ortaya çıxıb.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin ekspertləri, jurnalistlər, hətta bəzi media orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin Qarabağdakı hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair məlumatlar, fotolar paylaşılır.

Suriyalı jurnalist, hüquq müdafiəçisi və ekspert Asaad Hanna özünün “Twitter” hesabında Suriyadan Ermənistan tərəfdən Qarabağdakı döyüşlərə cəlb edilmiş 3 muzdlunun fotolarını paylaşıb və onların adlarını açıqlayıb. O yazıb: “Hələbdən olan suriyalı bu 3 oğlan – Harut, Haqub və Musek Azərbaycana qarşı döyüşlərdə həlak olublar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.