Qəbələdə şadlıq sarayının sahibi 4 min manat cərimələnib
Bakı, 25 iyul, AZƏRTAC
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən “Çinar” şadlıq sarayında karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən qonaqların bəzilərinin COVID-19 pasportu olmadığı, xidmət personalının tibbi maskadan istifadə etmədiyi müəyyən edilib. Aşkarlanmış qayda pozuntularına görə, obyektin icarədarı Arif Əzimov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [15:01]
Naxçıvan Sənaye Parkı - sənaye və logistika imkanlarının sinerjisi
- 04.09.2026 [15:00]
Bal yarmarkasında iştirak üçün qeydiyyat başlayır
- 04.09.2026 [14:54]
Naxçıvanda iki özəl bağçaya lisenziya verilib
- 04.09.2026 [11:13]
Yüksək bal toplayan xaçmazlı tələbələr mükafatlandırılıb
- 04.09.2026 [10:50]