İDMAN
Qılıncoynadanımız beynəlxalq turnirdə bürünc medal qazanıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Antalyada qılıncoynatma üzrə "B" kateqoriyalı "Satellite" turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Səbinə Kərimova turnirin bürünc medalını qazanıb.
Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbə qazanan idmançımız uğurlu çıxışın davamını pley-offda da gətirib. Səkkizdəbir finalda digər təmsilçimiz Aysel Əhədovaya qalib gələn S.Kərimova növbəti mərhələdə Türkiyə idmançısı Aylin Çakırı məğlub edib. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən sablyaçımız finalın bir addımlığında polşalı Marta Pudaya uduzub.
Digər təmsilçilərimizdən turnirin 1/4 finalınadək irəliləyən Sevil Bünyatova yarışı 5-ci sırada tamamlayıb. Mübarizəni 1/8 finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]