SİYASƏT


Qoşunların operativliyinin artırılması ilə bağlı tapşırıqlar verilib

Bakı, 21 iyul, AZƏRTAC 

İyulun 21-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin rəhbər heyətinin iştirakı, həmçinin videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmə komandirlərinin cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş təlimlər, komandanlar və komandirlərin məruzələri, həmçinin qoşunların hərtərəfli fəaliyyətinin yoxlanılmasının nəticələri əsasında cəbhə bölgəsindəki və qoşunların digər dislokasiya yerlərindəki cari vəziyyəti təhlil edən müdafiə naziri müvafiq göstərişlər verib.

Gizli idarəetmə və maskalanmanın tələblərinə ciddi riayət etməklə ehtimal olunan döyüş əməliyyatları istiqamətlərində qüvvə və vasitələrin vaxtında cəmləşdirilməsi məqsədilə general-polkovnik Z.Həsənov qoşunların operativliyinin, döyüş hazırlığının, bölmələrin, birləşmələrin yüksək manevrlilik və dəqiq qarşılıqlı fəaliyyətinin artırılması üzrə tapşırıqları müəyyən edib.

Müşavirə zamanı ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması, həmçinin qoşunların fasiləsiz və hərtərəfli təminatı ilə əlaqədar göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.