İDMAN


Qurban Qurbanov: Bütün yorğunluqları, çatışmazlıqları arxada qoymalıyıq

Bakı, 29 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

"Biz hər oyuna qələbə istəyi ilə çıxırıq. Hər məğlubiyyətdən sonra psixoloji yorğunluq olur. Bu gün də heyətdə çox dəyişiklik etmişdim. Bəzi oyunçuları riskə atmaq istəmədim. Əsas heyətdən 3-4 oyunçu oynadırdım. Amma hiss edirdim ki, onlar üçün oynamaq ağırdır. Məğlubiyyətin səbəbini bunda axtarmaq istəməzdim. Sadəcə bu görüşə hazırlaşmaq üçün vaxtımız az olmuşdu. Bəzən belə məğlubiyyətlərin komandaya faydası olur. Üzücü olsa da, işimiz ilboyu davam edir. Bütün yorğunluqları, çatışmazlıqları arxada qoymalıyıq".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatının 9-cu turunda "Neftçi"yə məğlubiyyətdən sonra (3:1) təşkil olunmuş mətbuat konfransında deyib.

Ağdamlıların çalışdırıcısı, həmçinin bildirib ki: "Bu, idmandır. Futbolçular həmişə gərgin qrafikdədilər. Amma belə oyunlara, məğlubiyyətlərə hazır olmalıyıq. Danışılası bir şey yoxdur. Oyun və nəticə barədə hər bir futbolçu ilə ayrılıqda danışacam. Futbolçuların yanında olmalıyam. Belə vəziyyətlər çox olub. Biz istəkli komandayıq. Sadəcə, səhvlər olur. Bunları aradan qaldırmalıyıq. Daha möhkəm kollektiv olaraq qarşıdakı oyuna hazırlaşmalıyıq. İradlar olacaq, bunu başa düşürəm.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.