CƏMİYYƏT


Qusarçayın Kuzun məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 6-da Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsi dəyişməyib. Qusarçayın Kuzun məntəqəsində suyun səviyyəsi 6, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 5 Şəmkirçayın Qalakənd məntəqəsində 2 santimetr artıb. Gəncəçayın Zurnabad məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb, Kürəkçayın Çaykənd və Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo, Lənkərançayın Sifidor, Viləşçayın Şıxlar məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 130 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 98 faizinə bərabərdir. Hazırda sululuq keçən illə müqayisədə 49 faiz çoxdur.

Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 12,7 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 18 faizinə bərabərdir. Hazırda sululuq keçən illə müqayisədə 77 faiz azdır.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 371 santimetr, su sərfi isə 129 kubmetr/saniyə olub,

Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 145 santimetr təşkil edib, Bankə məntəqəsində suyun səviyyəsi 3 santimetr artaraq 103 santimetr, su sərfi isə 34,3 kubmetr/saniyə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.