DÜNYA


Reuters: Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ hərbi hava qüvvələrinə məxsusdur

Bakı, 27 yanvar, AZƏRTAC 

Bazar ertəsi günü Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ hərbi hava qüvvələrinə məxsusdur və onun göyərtəsində on nəfərdən az insan olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi Ağ ev administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb. Bu məlumatlara əsasən, hazırda təyyarənin vurulduğuna dair sübut yoxdur. Pentaqon isə təyyarənin ABŞ hərbi hava qüvvələrinə aid olduğunu hələlik təsdiqləməyib.

“Taliban” hərəkatı təyyarə qəzasına görə məsuliyyəti öz üzərinə götürüb. Taliblər, həmçinin bəyan ediblər ki, vurulan təyyarə Amerikaya məxsusdur və həlak olanlar arasında Mərkəzi Kəşfiyyat İdarəsinin bir neçə zabiti var.

Associated Press agentliyi ABŞ silahlı qüvvələrinin təyyarənin qəzaya uğramasına dair məlumatlarla bağlı təhqiqata başladığını bildirir.

Təyyarə qəzası bu gün səhər saatlarında “Taliban” hərəkatının nəzarətində olan Qəzni əyalətində baş verib. Əfqanıstan hökumətindəki mənbənin 1TVNews telekanalına verdiyi məlumata görə, o, çox böyük ehtimalla koalisiya qüvvələrinin istifadəsində olan hərbi təyyarədir.

Bundan əvvəl isə KİV-də Əfqanıstanın şərqində “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması barədə məlumat yayılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.