SİYASƏT


Sahibə Qafarova Türkmənistanın dövlət ordeni ilə təltif olunub

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkmənistanın “Əməkdaşlığın inkişafına töhfəyə görə” Dövlət ordeni ilə təltif olunub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bununla bağlı sərəncam imzalayıb.

Türkmənistan Milli Qenqeşi Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Sahibə Qafarova ilə görüşdə ordeni Azərbaycan parlamentinin rəhbərinə təqdim edib.

Parlamentin sədri Sahibə Qafarova bu yüksək mükafata layiq görüldüyü üçün minnətdarlığını bildirərək, bu ordeni Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinə göstərilən diqqət və hörmətin əlaməti kimi qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.