REGİONLAR


Şamaxıda Nəsiminin qardaşı Şahxəndanın məzarı ziyarət olunub

Şamaxı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da İkinci Nəsimi festivalı çərçivəsində Şamaxıda təşkil olunan silsilə tədbirlərin davamı olaraq qonaqların bir qrupu, habelə nəsimisevərlər şəhərin yaxınlığında yerləşən qəbiristanlığa gələrək İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarını ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqlara XIV əsrin tanınmış simalarından olan Şahxəndan barədə məlumat verib. Hazırda qəbirüstü abidənin restavrasiya olunduğunu bildirən icra başçısı qeyd edib ki, yazılı mənbələrdə adıçəkilən, həyatı və fəaliyyəti barədə məlumatlara rast gəlinən bir sıra görkəmli şəxsiyyətlər var ki, onların barəsində tədqiqatlara ehtiyac duyulur.

Almaniyalı nəsimişünas alim Mixael Hess abidənin ziyarəti zamanı İmadəddin Nəsimi və onun qardaşı Şahxəndanla bağlı apardığı tədqiqatlardan danışıb.

Türbənin konservasiyası və ətrafında abadlıq işlərinin aparılması üzrə layihənin müəllifi, avstriyalı bərpaçı-memar Erik Pumer görülən və nəzərdə tutulan işlər barədə qonaqlara ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.