DÜNYA


Sudanın keçid Hərbi Şurası yaxın vaxtlarda buraxılacaq

Əddis-Əbəbə, 20 avqust, AZƏRTAC

Sudanın keçid Hərbi Şurası yaxın vaxtlarda buraxılacaq.

AZƏRTAC “Sky News Arabia” kanalına istinadla xəbər verir ki, bu barədə Hərbi Şuranın rəsmi nümayəndəsi Şəmsəddin Kabbaşı məlumat verib.

O deyib: “Biz artıq “Azadlıq və dəyişikliklər” müxalifət alyansının idarəçi Suveren Şuraya daxil olacaq namizədlərinin siyahısını almışıq və bir müddətdən sonra keçid Hərbi Şurası buraxılacaq”.

Xatırladaq ki, bu gün Sudanın əsas müxalifət birliyi olan “Azadlıq və dəyişikliklər” alyansı keçid dövründə ölkənin ali hakimiyyət orqanı olacaq idarəçi Suveren Şuraya öz namizədlərinin siyahısını təsdiq edib. Siyahıda Ayşə Musa, Siddik Tauer, Məhəmməd əl-Faki, Məhəmməd Həsən əl-Tayyuş və Həsən Şeyx İdrisin adları yer alıb.

İdarəçi Suveren Şuranın yaradılması keçid Həbi Şurası və müxalifət arasında imzalanmış Konstitusiya deklarasiyasının əsas müddəalarından biridir. Şuraya 11 nəfər - 5 nəfər Hərbi Şuradan, 5 nəfər “Azadlıq və dəyişikliklər” müxalifət alyansından və 1 nəfər hər iki tərəfin razılığı əsasında daxil olacaq. Şura ölkəni keçid dövründə üç il müddətində idarə edəcək. 18 ay müddətində Suveren Şuraya Hərbi Şuranın başçısı Əbdül Fəttah əl-Burxan rəhbərlik edəcək. Daha sonra idarəetmə funksiyaları mülki təmsilçiyə həvalə olunacaq.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.