REGİONLAR


“Sumqayıt” futbol klubunun Türkiyədə yoxlama oyunları keçirəcəyi ilk iki rəqibi müəyyənləşib

Sumqayıt, 17 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Türkiyənin Bolu vilayətində təlim-məşq toplanışında olan “Sumqayıt” futbol klubunun yoxlama oyunları keçirəcəyi ilk iki rəqibi müəyyənləşib.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, Nazim Süleymanovun yetirmələri ilk matçını iyulun 19-da Qətərin ”Əl Şahaniya” klubuna qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Digər görüş isə iyulun 22-də Türkiyə Superliqasında çıxış edən “Alanyaspor” ilə oynanılacaq.

“Sumqayıt” klubu Türkiyədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır.

“Əl Şahaniya” komandası iyulun 15-də “Səbail” ilə yoxlama görüşündə heç-heçə edib - 2:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.