CƏMİYYƏT


Tovuzda istehlaka yararsız spirtli içkilər aşkar olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində aparılan yoxlama zamanı Tovuz şəhərinin H. Aslanov küçəsində fiziki şəxs Hüseynov Qabil Musa oğluna məxsus şərab evində qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Şərab evində ümumi çəkisi 65 litr olan 23 adda və müxtəlif çeşiddə yararlılıq müddəti bitmiş spirtli içkilərin satışının həyata keçirildiyi məlum olub.

Aşkar olunmuş pozuntularla əlaqədar qanunvericiliyə uyğun olaraq fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, istehlak üçün yararsız 65 litr spirtli içki satışdan kənarlaşdırılıb, sahibkara yeyinti məhsulları sahəsində müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların qısa zamanda aradan qaldırılması barədə göstəriş verilib, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.