REGİONLAR


“Türk filmləri həftəsi” çərçivəsində Gəncədə “Unutursam fısılda” filminin nümayişi olub

Gəncə, 8 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycanda keçirilən “Türk filmləri həftəsi” çərçivəsində Gəncədə “Unutursam fısılda” filmi nümayiş olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin nümayişindən öncə çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk “Türk filmləri həftəsi” layihəsinin Nizami yurduna da əhatə etməsini müsbət dəyərləndirib.

“Belə layihələrin iki dövlət, bir millət olan xalqlarımız arasında əlaqələrin daha da inkişafına, xüsusilə mədəniyyət sahəsinə öz töhfəsini verəcəyinə inanıram”, – deyə Z.Öztürk qeyd edib.

Azərbaycanda türk film və seriallarının sevilərək izlənildiyini vurğulayan baş konsul, bundan sonra da Gəncə kinoteatrlarında mütəmadi olaraq türk filmlərinin nümayiş etdiriləcəyini bildirib.

Daha sonra 1970-80-ci illərdə türk gəncliyinin həyatından bəhs edən “Unutursam fısılda” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.