Türkiyədə koronavirusdan sağalananların sayı 150 mini ötüb
Ankara, 13 iyun, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusala (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 13-də ümumilikdə 45 min 92 nəfər yoxlamadan keçirilib. Onlardan 1459 nəfərdə virus aşkarlanıb.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 985 nəfər sağalıb, 14 nəfər dünyasını dəyişib. Son günlər gündəlik yoluxma və ölüm halında azalma müşahidə olunur.
Bu vaxtadək 2 milyon 586 min 995 nəfər koronavirus testindən keçirilib. Onlardan 176 min 677 nəfərdə virus aşkar olunub. Hazırda 684 nəfər reanimasiyada, 284 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 792 xəstə dünyasını dəyişib, 150 min 87 xəstə sağalıb.
Qeyd edək ki, Türkiyə koronavirus məhdudiyyətlərinin aradan qaldırılması üçün mərhələli və nəzarətli normallaşma prosesinə başlayıb. Artıq ikinci dəfədir ki, həftəsonu sərtləşdirilmiş karantin rejimi tətbiq olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:07]
Böyük Britaniyanın səhiyyə naziri istefa verib
- 14.05.2026 [16:06]