DÜNYA


Ukrayna-Avropa İttifaqı sammitində növbəti beş il üçün əməkdaşlığın perspektivləri müzakirə edilib

Kiyev, 21 mart, AZƏRTAC

Ukrayna-Avropa İttifaqı qeyri-rəsmi sammitində növbəti 5 ildə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının prezidenti Donald Tusk məlumat verib.

Onun sözlərinə görə, Aİ Ukrayna ilə əməkdaşlığa önəm verir və Avropaya inteqrasiyası istiqamətində atılan addımları yüksək qiymətləndirir.

Qeyd edək ki, martın 20-də Brüsseldə keçirilən sammitdə Ukrayna prezidenti Petro Poroşenko, Aİ prezidenti Donald Tusk, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker və Avropa Parlamentinin sədri Antonio Tayani iştirak edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.