Ukraynanın yeni hökumətinin tam tərkibi təsdiqlənib
Kiyev, 30 avqust, AZƏRTAC
Ukrayna Ali Radası bu gün keçirilən iclasında Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, deputatlardan 281 nəfər yeni hökumətin lehinə səs verib.
Yeni hökumətə daxildir:
Dmitriy Kuleba - Ukraynanın Avropa və Avratlantik inteqrasiyası üzrə Baş Nazirin müavini
Mixail Fedorov - Rəqəmsal transformasiya üzrə Baş Nazirin müavini
Timofey Milovanov - İqtisadiyyat, ticarət və kənd təsərrüfatının inkişafı naziri
Oksana Markarova - maliyyə naziri
Aleksey Orjel - Enerji və ətraf mühitin qorunması naziri
Vladislav Krikliy - İnfrastruktur naziri
Alena Babak - Ukraynanın əraziləri və icmaları naziri
Anna Novosad - Elm və təhsil naziri
Zoryana Skaletskaya - Səhiyyə naziri
Vladimir Borodyanskiy - Mədəniyyət, gənclər və idman naziri
Yuliya Sokolovskaya - Sosial siyasət naziri
Arsen Avakov - Daxili işlər naziri
Oksana Kolyada - Veteranlar, Ukraynanın müvəqqəti işğal edilmiş əraziləri və məcburi köçkünlər üzrə nazir
Dmitriy Dubilet - Ukrayna Nazirlər Kabinetinin naziri
Denis Malyuska - Ədliyyə naziri
Qeyd edək ki, bundan öncə Vadim Pristayko Xarici işlər, Andrey Zaqorodnyuk Müdafiə naziri, İvan Bakanov isə Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev