MƏDƏNİYYƏT


Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin 80 illiyi münasibətilə tədbir keçirilib

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin 80 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət, təhsil ocaqlarının işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, Pirallahı RİH-in şöbə müdiri Hikmət Şikarov yubiley münasibətilə mərkəzin kollektivini təbrik edib. Qeyd edib ki, tarixən zəngin olan Azərbaycan mədəniyyətinin və incəsənətinin bugünkü səviyyəyə yüksəlməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu Öndərin müstəqillik illərində həyata keçirdiyi tədbirlər Azərbaycan mədəniyyətinin dünya arenasına çıxmasında mühüm rol oynayıb. Müstəqillik illərində ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamlara əsasən Milli Kino, Milli Musiqi, Azərbaycan Əlifbası və Ana dili günlərinin təsis edilməsi xalqımızın çoxəsrlik mədəniyyətinə məhəbbətinin ifadəsi idi. Mədəniyyət sahəsində bir sıra qanunların qəbul edilməsi də bu sahədə hüquqi bazanın yaradılmasının əsas göstəricilərindən biridir.

Bildirilib ki, bu gün ölkə Prezident İlham Əliyev tərəfindən Ümummilli Liderimizin bu siyasəti uğurla davam etdirilir. Yeni mədəniyyət müəssisələri, konsert salonları inşa olunur, mədəniyyət ocaqları təmir olunur, sənət adamlarına qayğı göstərilir.

Heydər Əliyev Fondunun mədəniyyətimizin və incəsənətimizin təbliği istiqamətində gördüyü işlərdən danışan H.Şikarov qeyd edib ki, məhz Heydər Əliyev Fondunun səyləri nəticəsində Azərbaycan muğamları, Azərbaycan xalçaçılıq məktəbi YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin il ərzində bir sıra mədəni-kütləvi, ədəbi-bədii tədbirlərin keçirildiyini deyən H.Şikarov Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə təşkil olunan görüşün, Ahıllar gününə həsr olunmuş mərasim və digər vətənpərvərlik ruhlu tədbirləri xüsusi vurğulayıb

Tədbir bədii hissə ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.