CƏMİYYƏT


Xətai rayonu ərazisində “KİA” markalı avtomobil divara çırpılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də saat 1 radələrində Xətai rayonu ərazisində paytaxt sakini F.Hacıyev idarə etdiyi “KİA” markalı avtomobili divara vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə avtomobildəki sərnişin - Zəngilan rayon sakini Zeynalabdin Hüseynov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.