DÜNYA


Yaponiya parlamentinin yuxarı palatasına seçkilərdə hakim koalisiya üstünlüyü saxlayıb

Tokio, 21 iyul, AZƏRTAC 

İyulun 21-də yaponiyalı seçicilər parlamentin yuxarı palatasına seçkilərə qatılıblar. Seçki məntəqələri yerli vaxtla səhər saat 8.00-da açılıb.

AZƏRTAC xəbər verir ki, bu seçkilərdə yuxarı palataya aid olan deputat mandatlarının yarısının taleyi həll olunub. Seçkilər, həmçinin Baş Nazir Şinzo Abenin altı il yarım müddətdə hakimiyyətdə olmasına qiymət vermək üçün barometr rolunu oynayıb.

Parlamentin yuxarı palatasında olan 124 deputat yeri uğrunda 370 namizəd mübarizə aparıb.

Budəfəki seçkilərin gündəliyində istehlak vergisinin artırılması, dövlət pensiya sisteminin təkmilləşdirilməsi və Konstitusiyaya dəyişikliklər kimi məsələlər əsas yer tutub.

NHK telekanalının operativ qrupunun proqnozlarına görə, Baş Nazir Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiya (LDP), həmçinin onun koalisiya tərəfdaşı olan Komey partiyası ən azı 63 deputat kürsüsünə yiyələniblər. Bu, seçkilər zamanı taleyi həll edilən ümumi yerlərin əksəriyyətini təşkil edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.