Zəngilan rayonunun Birinci Ağalı kəndi




























Bakı, 22 iyul, AZƏRTAC
Zəngilan rayonunun Birinci Ağalı kəndi Həkəri çayının sol sahilində, dağətəyi düzənlikdə yerləşir. Ağalı kənd inzibati ərazi dairəsinə daxil olan kənd yerli əhali arasında Böyük Ağalı, yaxud Aşağı Ağalı kimi də tanınır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 28-də Birinci Ağalı kəndini işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.