® ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!
ABB-nin baş sponsorluğu ilə təşkil olunmuş alış-veriş festivalı mayın 12-nə qədər müştərilərə maraqlı fürsətlər yaradır. ABB-nin kart sahibləri qeyd edilən tarixədək ölkəmizin seçilmiş ticarət mərkəzlərində və şəhər mağazalarında bu fürsətdən faydalana bilərlər.
Festivalda 50-dən çox dünya brendi iştirak edir. Müştərilərə 10 faizdən 50 faizə qədər endirimlər təklif olunur. Bankla tərəfdaş məkanlarda ABB-nin kartları ilə alış-veriş edib, sərfəli endirimlərlə yanaşı, 5 faiz əlavə keşbek imkanlarından da faydalanmaq olar. Keşbek yalnız ABB pos-terminalları ilə aparılmış ödənişlərə aiddir. 5 faiz əlavə keşbek taksit ödənişlərinə şamil edilmir.
Alış-veriş festivalında iştirak edən partnyorlar haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]
Azərbaycanda ət və yumurta istehsalı artıb
- 16.10.2026 [13:41]