® “ADORE” mağazalar şəbəkəsi bütün ətriyyatsevərləri yeni sirli brendlə tanışlığa dəvət edir
“Real aləmi tərk etmək və xəyallar aləminə qapılmaq imkanı yaradan sirli təbiət ətirləri”
Ətriyyat aləmində elə brendlər mövcuddur ki, onlar təkcə ətir yaratmır, həm də əhvalatlar danışır, təxəyyülü ruhlandırır, zamanlar və mədəniyyətlər içərisindən keçərək çox maraqlı səyahətə dəvət edir. Belə brendlərdən biri 2011-ci ildə Filipp Di Meo tərəfindən yaradılan “Liquides Imaginaires” Fransa niş ətriyyat brendidir.
Filipp Di Meo dəbdəbə əşyaları sahəsində 25 illik iş təcrübəsinə malik dizayner-memardır. O, “Louis Roederer” şampan şərabını istehsal edən nüfuzlu “LVMH” qrupunda çalışıb. Filipp yaradıcı və yenilikçidir, o, incəsənətdən, insanlardan, məkanlardan, hadisələrdən, öz xatirələrindən və sirli əşyalardan ilham alaraq trilogiya konsepsiyasını yaradır.
Brend 2011-ci ildə ərsəyə gəlib və “Givaudan” şirkəti ilə birgə art-layihə qismində işlənib hazırlanıb. Lakin sonra brendin yaradılması ideyası meydana çıxıb və 2012-ci ildə ilk ətirlər trilogiyası ərsəyə gəlib.
Brendin rəmzi - çərçivələrdən və mövhumatdan azad olan xəyal dünyasının qapısını açan tilsim, açardır. Bu rəmz sehrli xassələrə malikdir və sahibinə uğur gətirir.
“Liquides Imaginaires” ətirləri bir növ fəlsəfə kimi qəbul edilir. Onlar xüsusi vəziyyətləri müəyyən edir, həyatın mərhələlərini, istəyi, güclü və həssas anları yadda saxlayır, bizim ən məxfi xülyalarımızı xatırladır. “Liquides Imaginaires” kolleksiyası bizi parfümün əsl mahiyyətinə qaytarır, onun ən müqəddəs, ən sirli, sehrli və təsəvvür edilən obrazını vurğulayır.
“Liquides Imaginaires” ətriyyatın yaradılması tarixinə hörmət bəsləyir. Çünki məhz parfümün tarixi vasitəsilə onun keçmişini anlamaq və bu gün üçün aktuallığını göstərmək olar. “Parfüm” kəlməsi “perfumum” latın sözündən əmələ gələrək hərfi tərcümədə “tüstünün içindən” deməkdir. Ətirli maddələr və yağlar tanrılarla ünsiyyət vasitəsi kimi yandırılır və hesab olunurdu ki, yüksəkliklərə qalxan qoxu sirli tüstü axını vasitəsilə onlara səsləyir. Flakonların dizaynı qədim amforalardan ilhamlanıb. Bu qablarda qədim dinlərin ayinləri üçün ətirli maddələr və yağlar saxlanılırdı.
“Liquides Imaginaires”də biz ətiri seçmirik, ətir bizi seçir.
Hər bir ətirin qutusunda siz Filippin bu ətiri yaratmağa ilhamlandıran sözlərinin yazıldığı kartı görə bilərsiniz. Filipp belə deyir: “Ətiri yaradarkən mən sadəcə parfüm deyil, dəri üzərində danışılacaq bir rəvayət yaradıram”.
Qısa müddət ərzində brendin ətirləri nəinki ətriyyat bazarının, həm də peşəkar tənqidçilərin diqqətindən kənarda qalmadı. 2022-ci ildə “Blanche Bete” ətiri “The Fragrance Foundation” təşkilatı tərəfindən ən niş ətir adına layiq görülərək mükafat qazandı. “The Fragrance Foundation” təşkilatı tərəfindən təltif olunan “FiFi Awards” - illik mükafat bir növ “Oskar” mükafatının ətriyyat analoqu hesab olunur.
Oxucularımızı “ADORE” mağazalar şəbəkəsində unikal ətirlərlə tanış olmağa dəvət edirik. Siz “Liquides Imaginaires” brendinin ətirləri ilə sirli və sehrli aləmə baş vuracaqsınız. Daha ətraflı məlumat almaq üçün 970 nömrəsi ilə əlaqə saxlamağı xahiş edirik.