® Almaniyanın məşhur brendi 1 ildir Azərbaycanda !
Almaniyanın məşhur brendi “Rossmann”nın Azərbaycanda fəaliyyətə başlamasının bir ili tamam olub. Bu münasibətlə “Rossmann 1 il sizinlə!” adlı tədbir keçirilib. Eyni zamanda “Veysəloğlu-Rossmann”ın ölkəmizdə yeni mağazası açılıb. Açılış mərasimində “Rossmann” brendinin təmsilçiləri, Almaniyanın Azərbaycandakı səfirliyinin rəsmi nümayəndələri və tanınmış simalar iştirak edib.
Qeyd edək ki, “Rossmann” brendini Veysəloğlu Şirkətlər Qrupu Azərbaycana gətirib və “Veysəloğlu-Rossmann” MMC şirkətini yaradaraq brendin sağlamlıq və şəxsi qulluq məhsullarının satışını həyata keçirir. Gündən-günə böyüyən “Veysəloğlu-Rossmann” hazırda 18 müstəqil mağazası, “Araz” supermarketlər şəbəkəsinin daxilində 10-a yaxın mağazası və ümumilikdə 300-ə yaxın əməkdaşı ilə müştərilərin xidmətindədir.
“Rossmann” beynəlxalq brendlərə məxsus, yüksək keyfiyyətli məhsulları sərfəli qiymətlərlə müştərilərə təqdim edir. Brend 1972-ci ildə Dirk Rossmann tərəfindən Almaniyada yaradılıb. Hazırda 9 ölkədə 4500-dən çox mağazası olan “Rossmann”nın 56500-dən çox əməkdaşı var. Brend qlobal markalar ilə yanaşı 29 private label üzrə 30 000-ə yaxın məhsul çeşidini özündə birləşdirir. “Rossmann” mağazalarında gündəlik tələbat məhsulları, gözəllik, sağlamlıq, təmizlik, uşaq baxımı, orqanik qida və s. kateqoriyalar üzrə məhsullar müştərilərə təqdim edilir. Eyni zamanda “Rossmann” məhsulları dermatoloji olaraq təsdiqlənib və daim müştərilərin tələbələrinə uyğun olaraq təkminləşdirilir.
“Rossmann” BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək üçün müxtəlif addımlar atır. Belə ki, brendin qablaşdırma tullantılarının azaldılması, təkrar emal edilə bilən məhsulların təşviqi və ətraf mühitə təsirin azaldılması kimi tədbirləri ekoloji məsuliyyətin artırılmasına yönəlib.