İQTİSADİYYAT
® “Gazelli Group”dan qüdrətli Ordumuza ithafən “DASTAN” parfümü!
![](/files/galleryphoto/2021/2/1200x630/16246957795375338737_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16246957795011927959_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16246957795715249144_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16246957794814540729_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16246957794154426762_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16246957791877019238_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16246957793211860576_1200x630.jpg)
Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan “Gazelli Group” şirkəti 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Ordumuza və şanlı Qələbəmizə həsr olunan “DASTAN” parfümünü ictimaiyyətə təqdim edib.
Təqdimat mərasimində çıxış edən “Gazelli Group” şirkətinin direktoru Nərmin İsmayılova bildirib ki, 20 ildən artıq fəaliyyəti dövründə “Gazelli Group” ölkəmizin kosmetik məhsulları ilə təminatında əsas rolu oynamaqla yanaşı, sosial fəaliyyəti ilə də daim Azərbaycan dövlətinin və xalqının yanında olmağa çalışıb. Eləcə də, 2020-ci ildə şanlı Qələbəmizlə başa çatmış Vətən müharibəsi dövründə şirkət tərəfindən Ordumuza, xalqımıza və dövlətimizə dəstək göstərilib. Nərmin İsmayılovanın sözlərinə görə, “DASTAN” parfümünün yaranma ideyası Zəfər Gününə - 8 Noyabr tarixinə təsadüf edir: “Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərib. Bu da bizi Qələbəmizi daim xatırladacaq “DASTAN” ətrini yaratmağa ruhlandırıb. “DASTAN” ətri əsl qəhrəmanlar üçün yaradılıb. Müzəffər, möhkəm, iradəli, güclülərin ətridir”. Nərmin İsmayılova əlavə edib ki, bu layihənin özəlliyi ondadır ki, “DASTAN” parfümünün satışından əldə olunacaq gəlir “YAŞAT” Fonduna köçürüləcək.
Çıxış edən “YAŞAT” Fondunun sədr müavini Rəbiyyə Cəfərova “Gazelli Group”un bu təşəbbüsünü yüksək qiymətləndirərək, özəl sektorun nümayəndələrini analoji layihələri reallaşdırmağa çağırıb. Çünki hər bir belə layihə Vətən uğrunda canından keçmiş şəhidlərin ailələrinin və sağlamlıqlarını itirmiş qazilərimizin həyat şəraitinin yaxşılaşdırılması üçün əhəmiyyətli dəstək olur. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova da “Gazelli Group”un bu layihəsini nümunəvi adlandırıb. Bildirib ki, Qələbəmizin rəmzləri nə qədər çox olsa, dünya ictimaiyyətinin Qarabağ mövzusunda məlumatlandırılması prosesi bir o qədər də əlçatan olacaq. Qarabağ müharibəsi veteranları isə çıxışlarında heç zaman unudulmadıqlarını dilə gətirərək, Silahlı Qüvvələr Günü münasibətilə belə fərqli hədiyyə hazırladığı üçün “Gazelli Group”a təşəkkürlərini bildiriblər.