® “Kapital Bank” tender qarantiyalarına endirimlər elan edib
“Kapital” Bank kiçik və orta sahibkarlığın inkişafına, həmçinin bu sahədə çalışanlara endirimli şərtlər təklif etməklə öz töhfəsini verir.
Bu dəfə “Kapital Bank”a müraciət edən sahibkarlar tender qarantiyaları üzrə komissiyalara endirimlər əldə edə biləcəklər. Şərtlərə görə, tender qarantiyalarının birdəfəlik komissiyasına 50 faiz endirim tətbiq edilir. Belə ki, müştərilər tender təminat məktubu əldə etdikləri zamanı isə cari birdəfəlik komissiyanın yalnız 50 faizini ödəyəcəklər. Aksiya avqustun 24-dək davam edəcək. Sahibkarlar tender qarantiyalarını “Kapital Bank”ın istənilən filialından 1 iş günü ərzində təminatsız şəkildə əldə edə bilərlər. Tender qarantiyalarını “Kapital Bank”dan əldə etməyin əsas üstünlüklərindən biri də təqdim olunan təminat məktublarının istənilən benefisiar tərəfindən tanınıb qəbul edilməsidir.
Qeyd edək ki, “Kapital Bank” kiçik və orta sahibkarlar üçün hər zaman yeni məhsullar, kampaniyalar təqdim edir və müştərilərə xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində davamlı işlər aparılır. “Kapital Bank”ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri “Xətai”, “Səbail”, “Nəsimi”, “Gənclik”, “Yasamal”, “Mərkəz”, “28 May” filiallarında, həmçinin Sədərək Ticarət Mərkəzində yerləşən “Ticarət” filialı və Binə Ticarət Mərkəzindəki “Lökbatan” şöbəsində fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də var. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.
Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytında “Biznes üçün” bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.