Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Natəvan Axundova: Qohum evliliklərinə qoyulan qadağa həyatla uzlaşmayan xəstəliklərin qarşısını ala bilər

®  Natəvan Axundova: Qohum evliliklərinə qoyulan qadağa həyatla uzlaşmayan xəstəliklərin qarşısını ala bilər

Bakı, 2 avqust, AZƏRTAC

Cinsi yetişkənlik dövründə olan qız uşaqlarında yaranan problemlər gələcəkdə ciddi ginekoloji patologiyalara yol aça bilər.

Hamiləlik təbii prosesdir. Bəzən hamiləlikdən öncə qadın orqanizmində olan xəstəliklər və ya hamiləliyin səbəb olduğu problemlər müxtəlif risklər yaradır. Araşdırmalara görə, qadınların qarşılaşdığı sağlamlıq problemlərinin çoxu onların ginekoloji xəstəliklərə etinasızlıqları ilə bağlıdır. Azərbaycan Tibb Universitetinin 1-ci Mamalıq-Ginekologiya kafedrasının dosenti, tibb elmləri doktoru, ginekoloq-endokrinoloq Natəvan Axundova dövrümüzün ən aktual problemlərindən olan sonsuzluq, qadınların həmiləlik dövründə və ondan əvvəl etdikləri səhvlər, ən çox rast gəlinən ginekoloji xəstəliklərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

-Natəvan xanım, ölkəmizdə qadınların ən çox əziyyət çəkdiyi ginekoloji problemlər hansılardır?

-Ginekoloji patologiyalar çoxdur. Əvvəla bilmək lazımdır ki, qadın orqanizmi çox mürəkkəb və həssasdır. Əksər ginekoloji xəstəliklər ilkin mərhələlərdə simptomsuz keçdiyindən qadınlar yalnız ciddi problemlər ortaya çıxdığı zaman həkimə müraciət edirlər. Cinsiyyət orqanlarının iltihabi xəstəlikləri ginekoloji xəstəliklər içərisində daha çox rast gəlinənlərdəndir və buna xüsusi diqqət yetirmək lazımdır. Çünki iltihabi xəstəliklər sonsuzluğun, menstrual tsiklin və cinsi funksiyanın pozulmasının əsas səbəblərindən hesab edilir. Ginekoloji xəstələr arasında cinsi yolla keçən infeksiyalara da yoluxanlar az deyil. Təəssüflə qeyd etmək istərdim ki, bu gün xüsusilə gənclər arasında maarifləndirmə işinin zəif aparılması cinsi yolla yayılan xəstəliklərin sayını artırır. Nikahdan əvvəl nəinki cinsi yolla yoluxan infeksiyaların bəzilərinin, eləcə də talassemiyanın yoxlanılmasında məqsəd irsi qan xəstəliyindən əziyyət çəkən uşaqların doğulmasının qarşısını almaqdır. Hər bir ailə həm mənəvi, həm də bioloji baxımdan sağlam təməl üzərində qurulmalıdır. İrsi qan xəstəliklərinin daşıyıcıları praktik olaraq tam sağlam insanlar hesab olunurlar. Lakin ailə quran cütlüklərdən hər ikisi daşıyıcı olarsa, bu zaman dünyaya gələn uşaqlar xəstə və ya sağlam, ancaq xəstə genin daşıyıcısı ola bilərlər. Təəssüf ki, qohum evlilikləri də bu xəstəliklərin üzə çıxmasına təkan verir. Bu baxımdan da qohum evliliyinə qoyulan qadağa bir mütəxəssis kimi məni çox sevindirir. Mən bir ginekoloq-endokrinoloq kimi qohum nikahların ağır fəsadlarını yaşayan pasiyentlərlə ünsiyyətdə oluram və deyə bilərəm ki, bu yalnız tibbi deyil, həm də sosial bəladır. Qohum nikahlarına qoyulan qadağa alqışlanmalıdır. Bu qərar həyatla uzlaşmayan xəstəliklərin azalmasına gətirib çıxarda bilər.

-Ginekoloq-endokrinoloqa əsasən hansı şikayətlərlə müraciət edirlər?

-Müraciətlər arasında menstrual tsiklin pozulması, tüklənmə, sonsuzluqla bağlı şikayətlər üstünlük təşkil edir. Həmçinin uğursuz hamiləliklərdən sonra da müraciət edənlər çox olur. Qeyd etmək istərdim ki, sonsuzluğun strukturunda endokrin mənşəli sonsuzluq böyük yer tutur. Bəzən orqanizmdə hansısa hormonun gizli çatışmazlığı, subklinik disfunksiya da sonsuzluq yarada bilər. Söhbət müxtəlif endokrin xəstəliklər fonunda yaranan sonsuzluqdan gedirsə, belə problemlərlə müraciət edən xəstələrin sayı çox olsa da, uğurlu nəticələrimiz də kifayət qədərdir. Xüsusilə vurğulamaq istərdim ki, artıq illərdir apardığımız maarifləndirmə işləri də öz bəhrəsini verib. İnsanlar başa düşüblər ki, cinsi yetişkənlik dövrünün problemli keçməsi qadınların sonrakı reproduktiv fəaliyyətinə təsir göstərir. Cinsi yetişkənlik dövründə ikincili cinsi əlamətlərin formalaşması, final böyümə, gələcək reproduktiv orqanların formalaşması prosesi gedir. Odur ki, bu dövrdə qadınların, xüsusilə qız uşaqlarının müayinə olunması çox vacibdir. Pasiyentlərim arasında cinsi inkişafın olmaması, ləngiməsi və ya inkişafın tezləşməsi halları ilə üzləşənlər də var. Bu xəstələr doğru müalicə almadıqda, sonradan menstrual tsiklin pozulması, sonsuzluq kimi problemlərlə üz-üzə qalırlar. Unutmayaq ki, sonsuzluq bir xəstəlik deyil. Hansısa xəstəliyin nəticəsidir. Çox təəssüf ki, bəzən həkimlərimiz sonsuzluğun kökündə dayanan səbəbləri araşdırmadan - ayrıca bir xəstəlik kimi müalicə etməyə çalışırlar.

-Natəvan xanım, son dövrlərdə qadınların kabusuna çevrilən uşaqlıq boynu xərçəngi riskini kimlər daşıyır?

-Dünyada uşaqlıq boynu xərçəngi süd vəzisi xərçəngindən sonra qadın cinsiyyət orqanlarının onkoloji xəstəlikləri içərisində ikinci yerdə dayanır. Lakin sevindirici haldır ki, son illərdə aparılan rutin, skrininq müayinələr Pap -test, HPV genotiplərinin aşkar edilməsi uşaqlıq boynu xərçənginin də vaxtında aşkar edilərək, qarşısının alınmasına doğru atılmış bir addımdır. Hansı qadınlar yüksək risk qrupuna daxildirlər? Birdən çox cinsi partnyoru olan, siqaret çəkən, spirtli içki qəbul edən, erkən yaşda cinsi əlaqəyə girən, cinsi yolla yoluxan infeksiyalara - xüsusilə IPV (insan papilloması virusu, papillomavirus, HPV) virusuna - yoluxmuş, irsiyyətində cinsi orqanlarının xərçəng xəstəlikləri olan və sair qadınlar. Təzə protokola əsasən 30 yaşa qədər olan qadınların hər üç ildən bir PAP-test müayinəsindən keçməsi tövsiyə olunur. 30 yaşdan 65 yaşa qədər olan qadınlar isə hər beş ildən bir paralel olaraq PAP-test və İnsan papilloması virusu (HPV) skrininqlərindən keçməlidirlər. Həm klassik analiz, həm də maye sitologiya bərabər diaqnostik effektivliyə malikdir. Bu üsulların hər ikisi praktikada geniş istifadə edilir. Pap-test bizi tamamilə xərçəngdən sığortalayırmı? 60% halda bəli. Lakin virus bəzən dərin qatları zədələdiyinə görə PAP yaxmalarda çıxmaya bilər. Kolposkopiya isə xüsusi göstərişlər əsasında aparılır. Müalicədə alqoritmə riayət etmək müalicənin effektivliyini artırır. Bu mərhələdə səhvə yol vermək olmaz. Bu ardıcıllıq bizə düzgün diaqnoz qoymağa, doğru müayinə və müalicə aparmağa kömək edəcək.

-Qız uşaqlarının cinsi yetişkənlik dövründə ana nələrə diqqət yetirməlidir?

- Qız uşaqları mütləq qaydada vaxtında müayinə olunmalıdırlar. Qeyd etdiyimiz kimi, cinsi yetişkənlik dövründə olan qız uşaqlarında yaranan problemlər gələcəkdə ciddi ginekoloji patologiyalara yol aça bilər. Əgər bu gün ana bu problemləri görüb zamanında mütəxəssisə müraciət edirsə, bu qəbahətli hal deyil, əksinə ananın övladına olan məhəbbətinin, onun sağlamlığına olan hörmətinin göstəricisidir. Çünki cinsi yetişkənlik dövründə olan həmin qız uşağının sabah ana olub-olmayacağı ananın bugünkü addımından asılıdır. Çox yaxşı olar ki, qızlarımız hamiləlik öncəsi hazırlıq proqramından da keçsinlər. Bu, hamiləlik müddətində mənfi təsirə səbəb olan xəstəliklərin istisna olunması üçün vacibdir. Qadın hamiləlikdən əvvəl hansı laborator analizləri verməlidir, hansı müayinələrdən keçməlidir, hansı vitaminləri qəbul etməlidir? Əgər problemlər zamanında aşkarlanmırsa, gələcəkdə xəstə uşaq dünyaya gətirmək riski də yüksək olur. Təəssüf ki, bu gün xarici cinsiyyət orqanlarının qüsurları ilə - yalançı kişi və qadın hermafroditizim formaları ilə doğulan uşaqlar da var. Bu zaman valideynlər zamanında mütəxəssisə müraciət etmir, uşaq cinsi yetişkənlik dövrünə çatdıqda isə çıxılmaz vəziyyətdə qalırlar. Bu patologiyaları hansısa doğuş aparan həkim və ya terapevt aşkarlaya bilməz. Bu zaman yalnız mütəxəssisdən məsləhət almaq lazımdır. Burada məsuliyyət valideynlərin və xəstəni düzgün istiqamətləndirməyən həkimin üzərinə düşür.

-Ekstrakorporal mayalanma xəstə uşaq dünyaya gətirmək riskini aradan qaldırırmı?

-Əksər insanlar düşünürlər ki, ekstrakorporal mayalanma yolu ilə mütləq sağlam uşaq dünyaya gəlməlidir. Bu yaxınlarda bizə boru-peritoneal faktorlu və şiddətli astenozoospermiya səbəbindən 8 il sonsuzluqdan əziyyət çəkən ailə müraciət etdi. Lazımi müayinələrdən keçdikdən sonra ailəni ekstrakorporal mayalanmaya göndərdik. Hamiləliyin 12-ci həftəsində ikili tarama testi zamanı göstəricilərdə şübhəli dəyişiklik olduğu üçün xəstə kariotip müayinəyə yönləndirildi və Daun sindromlu uşaq dünyaya gətirmə ehtimalı olduğu aşkarlandı. Valideynlərin hər ikisinin də xromosomu normal olsa da, patologiya aşkarlandı. Bu, bir təsadüf ola bilər. Yəni, görürsünüzmü ekstrakorporal mayalanma bu riski azaltmadı. Aparılan tədqiqatlar da təsdiq edir ki, istər ekstrakorporal mayalanma zamanı, istərsə də təbii yolla hamilə qaldıqda xəstə uşaq dünyaya gətirmək tezliyi eynidir. Baxırıq ki, atada, anada patologiyalar var və növbəti hamiləliklərdə də qüsurlu uşaqlar doğula bilər, bu zaman ekstrakorporal mayalanmaya üz tuturuq. Bəs ekstrakorporal mayalanma bizə hansı üstünlük qazandırır? Xromosom patologiyalı olan embrionlar kənarlaşdırılır və yalnız sağlam embrionlar toplanılır, PGD aparılır. Gen patologiyalarında, rezus konfliktin, hətta molekulyar səviyyədə olan xəstəliklərin aşkarlamasında isə NGS tətbiq olunur. Tutaq ki, sağlam embrionları seçdik, bunlar tutacaqmı? Böyük ehtimalla yalnız 35-40% halda. Orqanizmin özünün reaktivliyindən çox şey asılıdır.

-Oxucularımıza nə demək istərdiniz?

-Əvvəla hər birinə cansağlığı arzu edirəm. İstər həkim seçimində, istərsə də müayinələrə müraciətdə heç vaxt yanlışlıqlara yol verməsinlər. Hər zaman düzgün mövqe tutsunlar. Profilaktik məqsədlə müayinələrə getmək heç də qəbahət deyil. Bu sağlamlığımızın əsasını təşkil edir.

-Müsahibə üçün təşəkkür edirik.

Həkimlə əlaqə: (050)331-31-16 / (050) 562-48-86

https://www.instagram.com/ginekoloq_axundova_natavan/

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb