Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “PAŞA Holdinq”: “İnanırıq ki, biznes gələcəyin formalaşmasında mühüm rol oynayır və bu məsuliyyəti olduqca ciddi qəbul edirik”

®  “PAŞA Holdinq”: “İnanırıq ki, biznes gələcəyin formalaşmasında mühüm rol oynayır və bu məsuliyyəti olduqca ciddi qəbul edirik”

- Salam, Aytac xanım. Bizimlə söhbət üçün vaxt ayırdığınıza görə təşəkkür edirik. Bilirik ki, “PAŞA Holdinq” bir çox törəmə şirkəti olan iri bir strukturdur və cəmiyyətə təsiri də böyükdür. Müsahibədə elə bu təsir barədə danışmaq istərdik.

- Sabahınız xeyir, dəvət üçün təşəkkür edirəm! Həqiqətən də müsbət təsir yaratmaq və daha davamlı bir dünyanın qurulmasına töhfə vermək bizim strateji prioritetlərimizdən biridir. Fəaliyyət göstərdiyimiz cəmiyyət üçün müxtəlif istiqamətlərdə - yüksəksəviyyəli müştəri xidmətləri göstərməkdən və iqtisadi artımı dəstəkləməkdən tutmuş dayanıqlı inkişaf, əməkdaşların rifahı, sosial məsuliyyət və innovasiyaların təşviqinə qədər - dəyər yaradırıq. Bu istiqamətlər pərakəndə təşəbbüslər deyil, uzunmüddətli nəticələrə yönəlmiş kompleks bir strategiyanın tərkib hissəsidir. Biz inanırıq ki, biznes gələcəyin formalaşmasında mühüm rol oynayır və bu məsuliyyəti olduqca ciddi qəbul edirik.

- Gəlin, elə ötən il ölkəmizdə baş tutmuş ən önəmli məqamlardan biri olan COP29 konfransı və dayanıqlılıq mövzusu barədə danışaq. “PAŞA Holdinq”in bu sahəyə verdiyi töhfələrlə tanışlıq bir çoxlarına maraqlı olardı. Bu istiqamətdə konkret olaraq hansı addımlar atılıb?

- Dayanıqlı inkişaf uzun illərdir ki, “PAŞA Holdinq”də strategiyamızın ayrılmaz hissəsidir - bu istiqamətdə fəaliyyətimiz Bakı COP29-u qəbul edən tərəf kimi seçilməsindən xeyli əvvəl başlamışdı. Lakin konfransın keçirilməsi bu sahədə daha fəal iş üçün əlavə stimul oldu. Ötən il ərzində biz ətraf mühitə mənfi təsirin azaldılması, bərpa olunan enerji mənbələrinin inkişafı və dayanıqlı biznes praktikalarının tətbiqi istiqamətində bir sıra təşəbbüsləri genişləndirdik. Biz yaşıl maliyyə layihələrini dəstəkləyir, ekoloji baxımdan təmiz həlləri tətbiq edirik və davamlı yanaşmaları fəaliyyətimizin bütün sahələrinə inteqrasiya etməyə çalışırıq. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sektorlarında məsuliyyətli biznes təcrübələrinin yayılmasına şərait yaradan tərəfdaşlıqları inkişaf etdiririk. Banklarımız COP29 çərçivəsində razılaşdırılmış milli iqlim maliyyələşdirmə məqsədlərinə dəstək verməkdə mühüm rol oynayır. Biz, həmçinin bütün maliyyə və qeyri-maliyyə aktivlərimizin şirkətin iqlim prioritetləri və strateji hədəfləri ilə uzlaşdırılmasına nail olmağa çalışırıq.

-Bəs sırf konfrans zamanı “PAŞA Holdinq” nələr edib?

- “PAŞA Holdinq” COP29-da fəal tərəfdaşlardan biri kimi iştirak edərək, bir sıra dərin məzmunlu görüş və müzakirələr təşkil etdi, beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlıq qurdu və dayanıqlı gələcəyə dair öz baxışını təqdim etdi. Yaşıl Zonada holdinqimizin stendini quraşdırdıq və törəmə şirkətlərimiz — “PAŞA Bank”, “Kapital Bank”, “PASHA Insurance”, “PASHA Life”, “AgroDairy” və “PASHA Real Estate”in iştirakı ilə tematik sessiyalar keçirdik. Əsas diqqət iqlim maliyyələşdirilməsi, dayanıqlı kənd təsərrüfatı və özəl sektorun inklüziv “yaşıl” keçiddə rolu məsələlərinə yönəldi.

Bu iştirak bizə təcrübə mübadiləsi aparmaq, beynəlxalq tərəfdaşlarla əlaqələri gücləndirmək və iqlim dəyişikliklərinə qarşı mübarizədə müxtəlif yanaşmaları araşdırmaq imkanı yaratdı. Dövlət strukturlarının, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri ilə qarşılıqlı fəaliyyət çərçivəsində biz həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda davamlı təşəbbüslərin həyata keçirilməsi üçün potensialı genişləndirdik.

Ümumilikdə, qeyd etdiyim kimi, davamlı inkişaf strategiyamızın əsas istiqamətlərinə ekoloji izlərin minimuma endirilməsi, karbonsuzlaşdırma və yaşıl enerjiyə keçidlə bağlı layihələrə investisiyalar, habelə iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması üçün texnoloji həllərin tətbiqi daxildir. Gələcəkdə bütün törəmə şirkətlərimizdə mövcud proseslərin hərtərəfli diaqnostikasını və təhlilini aparmaq, CO₂ emissiyalarının azaldılması üzrə aydın məqsədlər müəyyən etmək və müştərilərimizə onların ekoloji keçid çərçivəsində dəstək təklif etmək planımız var.

- Çox maraqlı məlumat oldu, təşəkkür edirəm. İndi isə icazənizlə, digər, lakin az əhəmiyyətli olmayan mövzuya — ölkə iqtisadiyyatına keçmək istərdim. 2024-cü ilin əsas iqtisadi hadisələri barədə danışa bilərsinizmi?

- Bu, həqiqətən də, vacib mövzudur. 2024-cü ildə “PAŞA Holdinq” dövlət büdcəsinə 443 milyon manat məbləğində vergi ödəyib. Biz bundan sonra da ölkənin ən iri vergi ödəyicilərindən biri olaraq qalacağımıza ümid edirik. Eyni zamanda, fəaliyyətimiz yalnız vergi ödəməkdən ibarət deyil. Əmək yerlərinin yaradılması və əməkdaşlara dəstək göstərilməsi iqtisadi inkişafda mühüm rol oynayır. 2024-cü ildə “PAŞA Group”un strukturunda 22 mindən çox insan çalışıb. Bu, ölkənin ən böyük işəgötürənlərindən biri kimi rolumuzu və iqtisadi rifahın artırılmasına olan sadiqliyimizi əks etdirir.

Bununla yanaşı, 2023-cü ildə biz kiçik və orta sahibkarlığa və sığorta sektoruna dəstək göstərmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və digər qurumlarla birgə layihələr həyata keçirmişik. Bu layihələrinin nümunələrindən biri 2023-cü ilin aprel ayından etibarən “PAŞA Holdinq”in dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Qarabağ KOB-ları” proqramıdır. 2024-cü ilə qədər bu proqram çərçivəsində şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial vəziyyətini yaxşılaşdırmaq və onların məşğulluğunu artırmaq məqsədilə təxminən 70 kiçik və orta sahibkarlıq subyekti yaradılıb və lazımi resurslarla təmin olunub. 2024-cü ildə biz “Ailə Biznesinə Asan Dəstək” proqramının həyata keçirilməsini davam etdirdik. Bu proqramın əsas hədəfi - kiçik biznesin inkişaf etdirilməsi və iqtisadiyyatın gücləndirilməsidir.

Biz kənd təsərrüfatının inkişafına da xüsusi diqqət ayırmışıq. Törəmə şirkətimiz olan “Agro Dairy” 2021–2024-cü illərdə Hacıqabulda 650 fermer üçün müasir aqrotexniki metodlar üzrə təlimlər keçirib. Eyni zamanda, aqronomların toxumçuluq sahəsində praktiki biliklərini paylaşdığı “açıq qapı günləri” mütəmadi olaraq təşkil olunub.

- Maraqlıdır. Elə sizin şirkətlərinizin fəaliyyəti də birbaşa olaraq iqtisadiyyata təsir göstərir.

- Elədir. 2024-cü ildə tərəfimizdən bazara iki şirkət təqdim edilib: “Future Lab” və “Bir Ecosystem” və bu şirkətlərin iqtisadiyyata verdiyi töhfəni ayrıca vurğulamaq istərdim. “Future Lab” “PAŞA Holdinq”in strukturunda yer alan innovasiya mərkəzidir və başlıca məqsədi yeni məhsulların və həllərin hazırlanması, sınaqdan keçirilməsidir. Daha önəmlisi isə odur ki, bu şirkət həm qrupumuzun biznes ehtiyaclarını qarşılamaq, həm də vətəndaşların tələblərinə uyğun məhsulları bazara sürətlə təqdim etmək məqsədini daşıyır ki, bu da birbaşa olaraq cəmiyyətə töhfə deməkdir.

“Bir Ecosystem”inə gəlincə, bu ekosistem ölkənin maliyyə və biznes mühitini transformasiya edir. “Birbank”, “m10”, “MilliÖN”, “Umico.az”, “BakıKart” və “Trendyol Azerbaijan” kimi xidmətlər vahid platformada bir araya gətirərək, ekosistem müştərilərə maliyyə və rəqəmsal xidmətlərə rahat çıxış imkanı yaradır, onların təchizatçılarla arasında əməkdaşlığı stimullaşdırır. Məqsəd istifadəçilərin gündəlik həyatının təbii bir hissəsinə çevrilmək, fərdiləşdirilmiş həllər təqdim etməklə maliyyə imkanlarına çıxışı yaxşılaşdırmaq və ümumilikdə ölkədə müştəri təcrübəsini növbəti səviyyəyə qaldırmaqdır.

2024-cü ildə biz, məsələn, müştəri xidmətinin keyfiyyətini və rahatlığını artırmaq məqsədilə bir sıra rəqəmsal yenilikləri tətbiq etdik. Onların arasında rəqəmsal depozit funksiyaları, kartlara abunə imkanı, “BakıKart” üçün QR ödənişlər, “Umico” bonusları ilə hesabların ödənilməsi, süni intellekt əsaslı çat dəstəyi və kartların sadələşdirilmiş identifikasiyası yer alır.

- Müştərilər barədə danışdıq. Gəlin əməkdaşlara keçək. Siz qeyd etdiniz ki, əməkdaşların rifahı “PAŞA Group”un əsas prioritetlərindən biridir. Zəhmət olmasa, şirkətin bu sahədə gördüyü işlər barədə ətraflı danışardınız?

- Artıq qeyd etdiyim kimi, hazırda “PAŞA Group”da 22 mindən çox əməkdaş çalışır. Onların rifahı və işdən məmnunluğu bizim yalnız vəzifəmiz deyil, eyni zamanda, komandanın motivasiyasını və səmərəliliyini təmin edən əsas amildir. Biz mütəmadi olaraq əməkdaşlar arasında məmnunluq sorğuları keçirir, rəy toplayır və onu iş proseslərinin təkmilləşdirilməsi üçün istifadə edirik. Eyni zamanda, peşəkar təlim və inkişaf məsələlərinə xüsusi diqqət yetirilir.

Artıq bir neçə ildir ki, “PAŞA Hub” mərkəzi əməkdaşların inkişafına və yüksəlişinə yönəlmiş strukturlu proqramların keçirildiyi məkan kimi çıxış edir. Bu yaxınlarda “pashahub.az” adlı rəqəmsal platformanı istifadəyə verdik. Bu platformada daxili komandamız, rəhbərlər və əməkdaşlar tərəfindən hazırlanmış müxtəlif təlim məzmunları toplanıb. Qeyd edim ki, 2024-cü ildə biz təlim və inkişaf sahəsinə ümumilikdə təxminən 8 milyon manat sərmayə qoymuşuq.

Bununla yanaşı, 2018-ci ildən etibarən “Synergy” proqramını da həyata keçiririk. Bu proqram tematik tədbirlər, icma fəaliyyətləri, müsabiqələr həyata keçirərək daxili əməkdaşlığı, bilik və təcrübə mübadiləsini gücləndirməyi hədəfləyir. İnnovasiya mədəniyyəti və daimi peşəkar inkişaf şirkətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır. İnnovativ təşəbbüsləri dəstəkləmək üçün “Kickbox” layihəsini tətbiq etmişik ki, bu layihə əməkdaşlara ideyalarını təqdim etmək və onları şirkət daxilində startap kimi reallaşdırmaq üçün sərmayə cəlb etməyə imkan yaradır.

- Son zamanlar sosial mediada “PAŞA Holdinq”in Liderlik DNT-si barədə geniş sayda paylaşımlar görürük.

- “PAŞA Holdinq” olaraq liderlik potensialının inkişafına da böyük önəm veririk. 2024-cü ildə biz “Liderliyin DNT-si” adlı yeni konsepsiyanı təqdim etdik. Bu yanaşma effektiv rəhbərin əsas keyfiyyətlərini – şəxsi inkişafı, komanda idarəetmə bacarığını və biznes proseslərinə təsir imkanını ehtiva edir. Bu çərçivədə “PAŞA Leadership Journey” adlı 9 aylıq proqram başlayıb. Proqram yüksək rəhbər vəzifəsində çalışanlar üçün nəzərdə tutulub və il ərzində qrupun müxtəlif strukturlarından 100-dən çox liderin iştirakı planlaşdırılır. Paralel olaraq, strateji təfəkkür, idarəçilik və kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş “Leading Lights” proqramının gerçəkləşdirilməsi də davam etdirilir. Bu proqrama mentorluq, ekspert sessiyaları və komanda təlimləri daxildir.

Bütün bu təşəbbüslər şirkətin inkişafını səmərəli şəkildə təmin edə biləcək güclü və uzaqgörən rəhbərlik heyətinin formalaşmasına olan sadiqliyimizi əks etdirir.

- Çox maraqlıdır, təşəkkür edirəm. İndi isə korporativ sosial məsuliyyət mövzusuna keçmək istərdim. 2024-cü ildə “PAŞA Holdinq” tərəfindən bu sahədə həyata keçirilmiş layihə və təşəbbüslər barədə bir az ətraflı danışa bilərsiniz?

- Korporativ sosial məsuliyyət bizim fəlsəfəmizin mərkəzində durur. Biz səmimi olaraq inanırıq ki, biznes öz fəaliyyət göstərdiyi cəmiyyətin rifahına töhfə verməyə borcludur. Biz çox sadə bir qaydanı əsas tuturuq: nə qədər çox inkişaf ediriksə, cəmiyyətə bir o qədər çox geri qaytarırıq. Qeyd edim ki, biz hər il Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətlərinə təxminən 50 milyon manat ayırırıq. Bizim KSM fəaliyyətimiz geniş sahələri əhatə edir; bunların arasında təhsil, qadınların imkanlarının genişləndirilməsi və səhiyyə əsas istiqamətlərdəndir.

Təkcə təhsil sahəsinə 2024-cü ildə 15 milyon manat vəsait ayrılıb. Təhsil sahəsində icra etdiyimiz əsas layihələrdən biri “Əlaçı” təqaüd proqramıdır. İstedadlı tələbələr üçün nəzərdə tutulan “Əlaçı Təqaüd Proqramı” çərçivəsində 110 tələbəyə maliyyə dəstəyi, mentorluq və peşə yönümü üzrə imkanlar təqdim olunub.

Səhiyyə istiqamətinə gəlincə, xüsusilə ehtiyac içində olan uşaqlar üçün tibbi yardımın əlçatanlığının təmin olunması bizim əsas prioritetimizdir. Məsələn, şirkətimizin dəstəyi ilə keçirilmiş “Soyuq Əllər, İsti Ürək” adlı xeyriyyə yarmarkası sayəsində ağır xəstəliklərdən əziyyət çəkən 7 uşağın əməliyyat və müalicə xərcləri tam qarşılanıb. Tərəfimizdən dəstəklənən oxşar layihələrin sayı həqiqətən çoxdur.

Nəhayət, qadınların dəstəklənməsi bizim strategiyamızın ayrılmaz hissəsidir. Beynəlxalq Qadınlar Günü münasibətilə 60 qadın sahibkarın, o cümlədən, kənd yerlərindən olan 15 qadının öz bizneslərini təqdim etməsi və inkişaf etdirməsi üçün “Qadın Bazarı” adlı festival təşkil edildi. Bundan əlavə, “Kapital Bank” həssas qruplardan olan qızlar üçün “Arzumuz var” adlı təqaüd proqramına start verdi. “PAŞA Bank” və ADA Universiteti qadın sahibkarlara əmək bazarının müasir tələblərinə uyğunlaşmağa kömək edən “Dəyişikliklər prosesində qadınlar” təşəbbüsünü həyata keçirdi. Biz, eyni zamanda, “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları — AFAQ” layihəsinə dəstəyi davam etdirdik. Bu çərçivədə aqrar sektorda fəaliyyət göstərən qadın sahibkarlara təlim və lazımi avadanlıqlar təqdim olundu. Süd vəzi xərçəngi və erkən diaqnostikanın əhəmiyyəti barədə məlumatlılığın artırılmasına yönəlmiş “GüclüSən” layihəsi çərçivəsində “PASHA Sığorta” da mühüm rol oynadı. Eyni zamanda, “PAŞA Bank Türkiye” Türk Təhsil Fondu (TEV) ilə əməkdaşlıq çərçivəsində “Gələcəyin qadın menecerləri” təqaüd fondunu yaradıb.

- Şirkətləriniz bu üç istiqamətdən kənarda sosial layihələr icra edir.

- Doğrudur. Məsələn, 2024-cü ilin ən əlamətdar layihələrindən biri Azərbaycanda ilk inklüziv “Kaşalata” kafesinin açılması oldu. Biz bu layihəni sponsor kimi dəstəklədik. Kafe 20 gəncə, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan şəxslərə iş imkanı yaratdı, onların sosial inteqrasiyasına və bərabər imkanlara töhfə verdi. “PAŞA Holdinq”in törəmə qurumu olan “PAŞA Bank” da “Gənclərin imkanlarını genişləndir: təhsilə sərmayə qoy” layihəsi çərçivəsində ADA Universiteti ilə birgə əlilliyi olan uşaqlara dəstək göstərdi. Bu təşəbbüs yaradıcılıq ustad dərslərini və şəxsiyyətin inkişafı ilə sosial inteqrasiyaya həsr olunmuş təlim sessiyalarını əhatə edirdi.

Şəhid və veteran ailələrinin dəstəklənməsi prioritet istiqamətlərdən biri olaraq qalır. 2024-cü ildə “PAŞA Holdinq” 44 günlük Vətən müharibəsi, sentyabr təxribatları və antiterror əməliyyatlarında şəhid olanların ailələrinə dəstək məqsədilə 2 milyon manat ayırdı. “Vətən əmanətlərinin keşiyindədir” layihəsi çərçivəsində şəhid övladlarına bayram hədiyyələri, məktəb ləvazimatları və normalda top menecerlərin əldə etdiyi səviyyədə premium tibbi sığorta təqdim olunur.

Biz hər zaman mədəni layihələri dəstəkləməyə davam edirik. Artıq bir neçə ildir ki, “PAŞA Holdinq” Bakı caz və fortepiano festivallarının təşkilinə dəstək göstərir. 2024-cü ildə Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi ilə birgə dahi alman bəstəkarı Yohann Sebastyan Baxa həsr olunmuş “Siz Baxı sevirsinizmi?” adlı konsert təşkil olunub. "PAŞA Həyat" da mədəni irsin qorunması və təbliği məqsədilə IRS nəşriyyatının kitablarının nəşrinə dəstək verməklə bu sahəyə töhfə verir.

Həssas əhali qruplarının dəstəklənməsi də diqqət mərkəzindədir. 2024-cü ildə aşağı gəlirli insanlara yardım məqsədilə təxminən 5 milyon manat ayrılıb. Yeni dərs ili ərəfəsində aztəminatlı ailələrdən olan şagirdlər üçün “Birincilər” layihəsi həyata keçirilib. Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə ölkənin müxtəlif bölgələrində 11 min 600-dən çox uşaq məktəbli forması, ləvazimat və çanta ilə təmin olunub.

Sonda isə idmanın inkişafına olan sadiqliyimizi vurğulamaq istərdim. Biz və törəmə şirkətlərimiz ənənəvi olaraq Azərbaycan Voleybol, Boks, Gimnastika, Atçılıq federasiyalarını və intellektual oyun klublarını dəstəkləyirik. 2024-cü ildə “PASHA Bank Georgia” Gürcüstan Şahmat Federasiyasının tərəfdaşı oldu. Birgə təşəbbüs şahmat təhsilinin inkişafı, istedadlı yeniyetmələrin yetişdirilməsi və uşaqlar arasında şahmatın populyarlaşdırılmasına yönəlib.

- Sonda daha bir mühüm mövzuya toxunmaq istərdim – innovasiyalar. Son xəbərlərdən və sosial şəbəkələrdəki aktiv iştirakınızdan görmək olur ki, “PAŞA Holdinq” bu sahəyə xüsusi önəm verir. 2024-cü ildə bu istiqamətdə görülən işlər barədə məlumat verə bilərsiniz?

- Bəli, tamamilə haqlısınız – biz innovasiyaların həm Azərbaycanda, həm də fəaliyyət göstərdiyimiz daha geniş regionda dəstəklənməsi və inkişaf etdirilməsinə səmimi şəkildə sadiqik. 2024-cü ildə innovativ inkişafın stimullaşdırılması strategiyamız çərçivəsində bu sahəyə təqribi 13 milyon manat sərmayə qoymuşuq.

Sirr deyil ki, “PAŞA Holdinq” Azərbaycanda ilk vençur fondunun yaradılmasına dəstək göstərib. Bununla yanaşı, şirkət kibertəhlükəsizlik məktəbinin təsis edilməsində iştirak edib. Xüsusilə “Holberton School” məktəbinin Azərbaycanda açılmasında iştirakımızı vurğulamaq istəyirəm – bu, gənc mütəxəssislərə informasiya texnologiyaları sahəsində nəzəri və praktiki bilikləri bir arada təqdim edən, Silikon Vadisində tətbiq olunan qabaqcıl proqramlara əsaslanan, dünya səviyyəli bir təhsil müəssisəsidir. Tədris istehsalat təcrübəsinə köklənmiş innovativ metodlardan istifadə ilə sahənin ekspertləri tərəfindən həyata keçirilir.

“PAŞA Holdinq”in təşkil etdiyi önəmli təşəbbüslərdən biri də “PASHA Hackathon 4.0” olub. Builki hakaton "PashaPay” üçün yeni həllərin tapılmasına həsr olunmuşdu və 48 saatlıq texnoloji yarış formatında keçirilərək innovativ məhsulların hazırlanmasına yönəldilmişdi. Artıq dördüncü dəfə keçirilən bu illik tədbir gənc istedadlar arasında innovativ düşüncə mədəniyyətinin formalaşmasına kömək edir və ölkədə dayanıqlı innovasiya mühitinin inkişafını dəstəkləyir.

Ümumiləşdirəsi olsaq, holdinq yalnız özü innovativ həll yollarını təqdim etməklə deyil, eyni zamanda ölkədə və regionda innovasiya ekosisteminin inkişafına dəstək göstərməklə innovativ mədəniyyətə sadiqliyini nümayiş etdirir.

- “PAŞA Holdinq” və innovasiya sözləri yanaşı gələndə ağıla ilk “İnmerge” sammiti gəlir. Bununla bağlı nə deyə bilərsiniz?

- 2024-cü ildə artıq dördüncü dəfə təşkil olunan bu sammit Bakıda 5000-dən çox iştirakçını bir araya topladı. Bu illik sammitin məqsədi Azərbaycanda və Mərkəzi Avrasiya regionunda innovasiya ekosisteminin inkişafını təşviq etməkdir. O, aparıcı korporasiyaları, tənzimləyici qurumları və startapları birləşdirir, əməkdaşlıq üçün imkanlar yaradır və ekosistemin bütün iştirakçıları arasında bilik və təcrübə mübadiləsinə şərait yaradan bir platforma rolunu oynayır.

2024-cü ilin zirvə toplantısında çıxış edən görkəmli şəxslər arasında “YouTube”un həmtəsisçisi Stiv Çen, “Amazon”un texniki direktoru və vitse-prezidenti Verner Foqels, “Starbucks”ın həmtəsisçisi Zev Ziql, “Waze”in qurucusu Uri Levin, Harvard Biznes Məktəbinin professoru Linda Hill, Stenford Universitetinin professoru İlya Strebulaev və “Avito” şirkətinin keçmiş baş direktoru Vladimir Pravdivıy da var idi. Ümumilikdə sammitin proqramında dünyanın aparıcı şirkətlərini təmsil edən 160-dan çox spiker iştirak edib. Bu təşəbbüsü bu il də həm Azərbaycanda, həm də qonşu ölkələrdə davam etdirməkdən məmnunuq.

Eyni zamanda, qeyd etməliyəm ki, INMerge 2024 sammiti çərçivəsində “INMerge” Vençur Fondu təsis olunub. Fondun təsisçiləri "PASHA Innovations", İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan İnvestisiya Şirkəti və “Trendyol Group” olub. Bu fond Qafqazda, Mərkəzi Asiyada, Şərqi Avropada, eləcə də, Yaxın Şərq və Şimali Afrika ölkələrində perspektivli startaplara sərmayə qoyacaq və bu dinamik bazarlarda innovativ həllərin inkişafına töhfə verəcək.

- Müsahibəyə görə təşəkkür edirəm, Aytac xanım. Bu, həqiqətən, çox faydalı və maarifləndirici bir söhbət oldu.

- Mənə də xoş oldu. Dəvətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Saxta qəhrəmanların əsl siması VİDEO

Saxta qəhrəmanların əsl siması VİDEO

Azərbaycan və Özbəkistan HHQ-ləri arasında əməkdaşlıq inkişaf etdiriləcək

Azərbaycanı nəzərə almadan Cənubi Qafqazda uzunmüddətli enerji və təhlükəsizlik siyasəti qurmaq mümkün deyil - RƏY

Gələn il qlobal neft tədarükü gündəlik 109,5 milyon barelə çatacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub

Şərur rayonuna dolu yağıb

Tacikistan Azərbaycanın aqrar sahədə təcrübəsini öyrənməkdə maraqlıdır

Bakı beynəlxalq tədbirlər üçün etibarlı və müasir məkandır – ŞƏRH

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

Akademik: “Türk dillərinin ekologiya terminləri lüğəti” ortaq elmi yanaşmanın bariz ifadəsidir

Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib? Açıqlama

Şirvan şəhərində narkomanlığa qarşı növbəti maarifləndirici aksiya

Azərbaycan məktəbliləri Türkiyənin aparıcı kosmik və texnologiya mərkəzlərində təcrübə qazanırlar

"Şəhərlər hamı üçün – Heç kim kənarda qalmasın"

ADPU professorunun kitabı Türkiyədə təqdim edilib

Dik Advokat yenidən Kurasao millisinin baş məşqçisi təyin olunub

Sosial mediada psixi pozuntuların aşkarlanması ilə bağlı tədqiqat aparılıb

Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” adlı yeni kolleksiyasını təqdim edib

Türkiyə Prezidenti Qazaxıstana dövlət səfərinə gəlib

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub

“Meta” Avropa İqtisadi Zonasında rəqib süni intellekt çat-botları üçün “WhatsApp”a girişi müvəqqəti açacaq

Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

Pedaqoji Universitetdə STEAM hesabat sərgisi

Aqrar Sığorta Fondu müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə başlayır

Siyasi şərhçi: Minsk qrupunun fəaliyyəti beynəlxalq münasibətlər sistemində ikili standartların ən açıq nümunəsi idi

Ayaz Museyibov: Müasir texnologiyalar mədəni irsin qorunmasında yeni imkanlar yaradır

Ötən ay OPEC-in gündəlik neft hasilatı 19 milyon bareldən aşağı enib

“Ziraat Bank Azərbaycan” istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb

Akademik: Məqsədimiz türk dillərində ortaq terminlər üçün elmi bazanın hazırlanmasıdır

Mərkəzi Bank və AİB arasında əlaqələrin inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb

Ekspert: Süni intellekt şirkətləri dezinformasiyanı tanıyan neytrallıq filtrləri və rəqəmsal su nişanları tətbiq etməlidirlər

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq

Kreml Ukraynada atəşkəsin şərtini açıqlayıb

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi

Bakı yeni siyasi və geosiyasi gündəmi formalaşdıran əsas aktorlardan birinə çevrilib ŞƏRH

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub

Kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib

“Trendyol” Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub

Robert Levandovski “Barselona”nı tərk edir

Vatikan xəstəxanasının rəhbəri: Pediatriya sahəsində əməkdaşlığa hazırıq

Toğrul İsmayıl: Minsk qrupu problemi həll etmək üçün deyil, prosesi uzatmaq üçün fəaliyyət göstərirdi

Xalq artisti Eldar Mansurov: Məktəblilərlə görüş gözəl xatirə kimi yaddaşımda qalacaq

“Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İqor Qarafuliç: WUF13 əlilliyi olan şəxslər üçün yaxşı platforma olacaq

XVII UNEC Karyera və əmək yarmarkası

Litvanın müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb

Altmış altı yaşlı keçmiş hakim: Düşünürəm ki, vəkil kimi faydalı ola bilərəm

Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb

İlahiyyat İnstitutunda maarifləndirici tədbir: Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub

Dağ-mədən fəaliyyətinin şəhərsalma proseslərinə təsirləri müzakirə olunub

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik VİDEO

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Hörmüzün yaratdığı problemlər artmaqdadır

BMU-da Türkoloji Qurultayın 100 illiyi çərçivəsində Azərbaycan-özbək əlaqələrinə dair elmi seminar

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur

Trampın təyyarəsi Çinə eniş edib

Region Liqasında final və 3-cü yer uğrunda oyunların yeri müəyyənləşib

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib

İordaniya Senatının üzvü: Şəhərlər qurularkən ədalət və əlçatanlılıq prinsipinin nəzərə alınması vacibdir

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam VİDEO

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam VİDEO

Sabirabadda narkotik asılılığının yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Əcnəbi qonaq: Bakının hava limanında insani ünsiyyətin olması təqdirəlayiqdir

Elçin Yusubov: Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda təqdim ediləcək

Mariya Küri - dünyanı dəyişən qadın VİDEO

Mariya Küri - dünyanı dəyişən qadın VİDEO

Şirvan və Atırau şəhərləri arasında əlaqələrin genişləndirilməsi diqqətdədir

Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub

Şuşa şəhərinin semantikası - elmi seminar

Prorektor: BDU tələbələri WUF13 ilə əlaqədar maarifləndirici layihələrə qoşulurlar

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Rumıniya mediasında B9 sammiti NATO-nun gələcəyi üçün mühüm platforma kimi qiymətləndirilir

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

İctimai Birlik sədri: Yaşlıların, əlilliyi olan şəxslərin, uşaqların və qadınların şəhər həyatında iştirakını təmin etmək zərurətdir

Azərbaycan Ermənistana tarixində ilk dəfə müstəqil olma şansı verib - ŞƏRH

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Məclisi-Yüksəliş” tədbiri təşkil edilib

İqor Qarafuliç: Şəhərlər hər kəs üçün əlçatan olmalıdır

İKTA I rübdə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

İdarə Heyətinin sədri: İnklüziv şəhərlər artıq qlobal çağırışdır

Eyni siyasi məntiqin fərqli coğrafiyalardakı təzahürü - ŞƏRH

Rəşad Əzizov: Süni zəkanın yaradıcı insanı əvəzləmək kimi bir təhlükəsi yoxdur

Ümumdünya Ərzaq Proqramı: Bu il dünyada 318 milyon insan daha kəskin aclıqla üzləşir

Belarusda həkimlər üçün “virtual xəstə” proqramı hazırlanıb

Milli Kitabxana tərəfindən “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabı çap edilib

ADAU ilə Gəncə Voleybol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb

Əlyazmalar İnstitutunda XIII əsrin klassik ilahiyyat abidəsinə dair mühazirə dinlənilib

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ VİDEO

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ VİDEO

İçərişəhər nümunəsi: yaşayan irs və müasir şəhər inkişafı