Belarusda həkimlər üçün “virtual xəstə” proqramı hazırlanıb
Bakı, 13 may, AZƏRTAC
Belarusda tibb tələbələri və həkimlər üçün “MedExam” adlı virtual xəstə proqramı yaradılıb.
AZƏRTAC Belarusun BelTA informasiya agentliyinə istinadla xəbər verir ki, layihə Vitebsk Dövlət Tibb Universiteti və Yüksək Texnologiyalar Parkının rezidentlərindən biri tərəfindən hazırlanıb. Məlumata görə, proqram simulyasiya olunmuş klinik şəraitdə diaqnoz və müalicə bacarıqlarının inkişafına xidmət edir.
Platformanın açıq sistemi müxtəlif tibbi ssenarilərin əlavə edilməsinə imkan verir. Hazırda 12 ssenari hazırlanıb.
Qeyd olunub ki, virtual xəstə proqramından həm təlim, həm də gələcək həkimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün istifadə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]