® “Rabitəbank” şəhid və qazi ailələrinin övladlarına təhsil haqqı ilə bağlı ianə edib
“Rabitəbank” Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və bankın yaranmasının 30 illiyi ilə əlaqədar Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə ianə edib.
Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən “Rabitəbank” bu dəfə Biləsuvar şəhərində təhsil alan Şəhid və Qazi ailələrinin övladlarını öz diqqət və qayğısı ilə sevindirib. Belə ki, “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin təhsil kompleksini ziyarət edərək, orada təhsil alan şəhid və qazi ailələrinin övladları ilə görüş keçirib.
Tədbirdə Orhan Gültekin deyib: “Rabitəbank” rəhbərliyi daima torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailələri və qazilərimizi də davamlı olaraq nəzarətdə saxlayır, onlara yüksək səviyyədə diqqət-qayğı göstərir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və bankın yaranmasının 30 illiyi ilə əlaqədar məhz bu gün burada olmağımızın əsas səbəbi də budur və bizə əmanət edilən, gələcəyimiz olan övladlarımızın təhsili ilə yaxından maraqlanmaq və dəstək olmaqdır”.
“Təhsil kompleksimiz yarandığı gündən etibarən keyfiyyətli təhsil, şagirdlərə milli və bəşəri dəyərləri aşılamaq, müstəqil həyata hazır intellektual gənclər yetişdirmək və s. kimi dəyərləri əsas götürüb. Bunun fonunda kompleksdə şagirdlər üçün durmadan yeni imkanlar yaradılır. Bu yolda bizə “Rabitəbank” hər zaman öz dəstəyini göstərib”, - deyə kompleksin rəhbəri Aqşin Bağırov bildirib.
Qeyd edək ki, cari tədris ilində kompleksdə 27 şəhid övladı, 15 nəfər isə torpaqlarımızın ərazi bütövlüyü uğrunda əlil olan şəxslərin övladları bağça-hazırlıq qrupu və I-XI siniflər üzrə təhsil alır.
Bu, “Rabitəbank”ın sözügedən istiqamətdə atdığı ilk addım deyil. Yarandığı gündən etibarən, müxtəlif dövrlərdə təhsil kompleksinə ianələr edərək, buranın şagirdlərinə qayğı göstərib, öz dəstəyini əsirgəməyib.
Qeyd edək ki, “Rabitəbank” bundan öncə Bakının Nardaran qəsəbəsində yerləşən 130 nömrəli məktəbi ziyarət etmiş, təhsilin inkişafı yönündə şagirdlərlə görüş keçirmiş, məktəblərdə təhsilinin inkişafına dəstək göstərərək, xüsusilə, qız uşaqlarının oxumağının önəmi mövzusunda maarifləndirmə məqsədilə məktəblilərə 400-dən çox kitab hədiyyə etmişdi.
Xatırlatmaq istərdik ki, “Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
“Rabitəbank” - rahat bankçılıq!